Solovyev: "Azərbaycanı sarsıtmaq alınmayacaq"
08:31 21.10.2019
Siyasət
647
Son illərdə postsovet məkanında uğurlu və o qədər də uğurlu olmayan “narıncı inqilablar” cəhdləri olub. Çox vaxt mediada xüsusi etirazların arxasında xarici qüvvələrin dayandığı barədə məlumatlar yayılırdı. Azərbaycanda “narıncı inqilab” baş verməyib. Ancaq son vaxtlar ölkədəki vəziyyəti sarsıtmağa cəhdlər başlayıb.
Oktyabrın 19-da Bakının mərkəzində razılaşdırılmamış aksiya keçirildi. Mətbuatda belə məlumatlar yayıldı ki, ABŞ səfirliyinin bəzi əməkdaşları birbaşa bu aksiyalarla əlaqəlidirlər.
ABŞ postsovet məkanında yerləşən ölkələrdə vəziyyəti niyə sarsıtmaq istəyir? Məqsədi nədir?
Bu suallara Media.Az-a açıqlamasında tanınmış rusiyalı jurnalist, teleradio aparıcısı, yazıçı Vladimir Solovyev cavab verib.
“Bunun, ümumiyyətlə, baş verməsindən heyrətə gəldim. Bir vaxtlar Azərbaycan Prezidenti İlham Əliyev aydın şəkildə başa düşdü ki, vasitəçilərin daxili siyasətə qarışmaq cəhdlərini dayandırmaq lazımdır. Və bundan sonra xaricdən gələn əhəmiyyətli maliyyə inyeksiyaları dayandırıldı”, - V.Solovyev qeyd edib.
Müsahibimiz əlavə edib ki, xarici qüvvələrə dövlət başçısının həyata keçirdiyi azad siyasət xoş deyil. Buna görə də “əsəblərlə oynamaq” qərarına gəliblər:
“Əminəm ki, bu qərar ABŞ-da ən yüksək deyil, orta səviyyədə qəbul edilib, axı Prezident Donald Tramp da bunun Vaşinqtonun siyasətinə qarşı olduğunu açıqlayıb”.
“Əvvəlki illərin təcrübəsinə güvənərək deyə bilərəm ki, xarici qüvvələr Azərbaycandakı vəziyyəti sarsılda bilməyəcəklər”, - V.Solovyev deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Meloni Ermənistanla bağlı yeni təklif verdi
13:57 03.08.2026
Dünya
Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək
13:35 03.08.2026
Gündəm
Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın planı pozuldu
13:23 03.08.2026
Dünya
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı