Sülh sazişi düyünə düşüb
Turan
08:16 06.08.2021
Siyasət
474
Birgə bəyannamədən 10 ay vaxt keçir, Rusiya səssizdir
Ekspertlərin iddiasına görə, Ermənistan yeni şərtlərlə masaya qayıtmağa çalışır
Rusiya Xarici İşlər Nazirliyi vaxtaşırı üçtərəfli razılaşmaların yerinə yetirilməsinə çağırışlar edir. Ancaq 10 noyabr birgə bəyannaməsindən on ay keçməsinə baxmayaraq, Rusiya konkret addımlar atmır. Daha doğrusu, bu istiqamətdə çalışmaların başlanması üçün İrəvana təsir etmir. Moskvanın “üçtərəfli bəyannamələrə əməl olunmalıdır” tipli açıqlamaları sadəcə manipulyasiyadır və məqsəd mövcud situasiyanı qorumaqdan ibarətdir. Bu fonda Ermənistan tərəfindən sərhəddə gərginliyin davam etdirilməsi də razılaşmaların həllini gecikdirməkdədir.
Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın məqsədi vaxt qazanmaq və Qərbin bölgədə iştirakına nail olmaqla Qarabağın “status” məsələsini yenidən gündəmə daşımaqdır. Ekspertin sözlərinə görə, bu da regional əməkdaşlığın başlamasını sabotaj etməkdir:
“Rusiya Ermənistana üçtərəfli razılaşmalarla bağlı təzyiq etmədiyi üçün Paşinyan “müstəqil” hərəkət edir. Halbuki, Rusiyanın əlində kifayət qədər təzyiq rıçaqları var ki, Paşinyan mümkün razılaşmalara getsin. Müharibədən sonra Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin birgə iştirakı ilə üçtərəfli komissiya təşkil olundu. Mart ayında tərəflər konkret təkliflərlə işə başlamalı idilər. Göründüyü kimi birgə komissiya öz işini dayandırıb. Demək olar ki, Ermənistan mövcud vəziyyəti müharibə vəziyyətinə gətirib çıxarıb. Halbuki, 10 noyabr birgə Bəyannaməsi barışığa və əməkdaşlığın əsasını qoyan bir sənəddir”.
Analitikin fikrincə, Ermənistan yeni şərtlərlə masaya qayıtmağa çalışır:
“Ermənistan 10 noyabr və 11 yanvar razılaşmalarını o halda yerinə yetirməyə hazır olduğunu qeyd edir ki, Azərbaycan öz sərhədlərindən ordunu geri çəksin və Qarabağın “status”u ilə bağlı danışıqlara başlansın. Bu isə Ermənistanın öz imzasından imtina etməsi anlamına gəlir. Təbii ki, Azərbaycan Ermənistanın heç bir şərtini qəbul etməyəcək. Paşinyanın imza atdığı sənədə əməl etmək istəməməsinin arxasında isə Fransa durur. Lakin gec-tez rəsmi Bakı istədiyini alacaq. Paşinyanı şərtlərimizə əməl etməyə məcbur qoyacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm