
Sülhə daha bir addım
22:40 14.12.2023
Siyasət
545
Tərəflər sülhə bir addım da yaxınlaşdı Azərbaycan və Ermənistan delimitasiya komissiyasının fəaliyyətinin reqlamentini təsdiqləyib
Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların iclaslarının və birgə işçi görüşlərinin təşkilinin və keçirilməsinin reqlamenti təsdiqlənib. İclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi qaydası da məlum olub. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasına bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qaydalara əsasən, iclasların və birgə işçi görüşlərin keçirilməsi tarixi, vaxtı və yeri komissiyaların sədrləri arasında razılaşma ilə müəyyən olunacaq. İclasların və birgə işçi görüşlərin işçi dilləri rus və ya ingilis dilləridir. Görüşlər bir qayda olaraq növbə ilə Azərbaycan və Ermənistan ərazilərində və ya sərhəddə, yaxud üçüncü ölkələrin ərazisində və ya videokonfrans formatında keçiriləcək. Nümayəndə heyətlərinin tərkibində iştirak edən xarici ekspertlər yalnız nümayəndə heyətlərinin tərkibinə daxil olduqları Komissiyanın adından çıxış edə bilərlər. Ermənistan da delimitasiya komissiyasının fəaliyyətinin reqlamentini təsdiqləyib. Baş nazirin müavini Mher Qriqoryan ikinci sənədin hazırlanmasının zəruriliyindən danışıb. O, bu sənəddə ölkələrin hansı prinsiplər və hansı xəritələr əsasında delimitasiya aparacaqlarının qeyd edilməli olduğunu söyləyib.
AĞ Partiyanın sədri Tural Abbaslı isə "Sherg.az"a deyib ki, hər bir ölkə istəyər ki, qonşuları ilə münasibətləri sülh, əmin-amanlıq müstəvisində olsun və münaqişə yaşanmasın. Amma biz qonşumuzun kim olduğunu və illərlə Azərbaycanın başına nə oyunlar açdığını gözəl bilirik. Partiya rəhbəri bildirib ki, qonşularla münasibətlərin normallaşdırılması tərəfdarı olsa da, Ermənistanın səmimiyyətinə inanmır:

"Ermənistanın sülh məsələsində səmimiyyətinə, dürüstlüyünə inanmıram. Heç bir məsələdə onlara tam etibar, etimad yoxdur. Misal var, deyirlər, "köpəklə dostluq et, amma kötəyi əlindən yerə qoyma". Düşünürəm ki, Ermənistanla münasibətləri ancaq bu prinsiplə qurmaq olar. Hər halda qonşumuzun Ermənistan olduğunu unutmamalıyıq.
Ermənistanın beynəlxalq tədbirdən imtinası da öz faydasınadır. Hazırda Ermənistan ciddi maliyyə problemləri yaşayır və hansısa beynəlxalq tədbirə ev sahibliyi edəcək durumda deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm