
Suriyanın yeni hakimiyyətinin İrana qarşı mövqeyi hələ ki, sərt və barışmazdır- ŞƏRH
Yusif Nəzərli
02:14 25.12.2024
Siyasət
709
İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ötən gün keçirdiyi mətbuat konfransında İranın Suriyanın yeni hakimiyyəti ilə birbaşa əlaqəsi olmadığını bəyan edib. Bəqai İranın müxalif qruplarla uzun müddət əvvəldən əlaqə saxladığını, lakin hazırkı hakimiyyətlə birbaşa əlaqəsinin olmadığını bildirib: "Uzun müddət əvvəl Suriyada müxtəlif müxalif qruplarla əlaqə saxlayırdıq. Hazırda Suriyadakı mövcud hakimiyyətlə birbaşa əlaqəmiz yoxdur".

İran rəsmisinin mövqeyini şərh edən Milli Cəbhə Partiyasının müavini, siyasi ekspert Tural İrfan isə “Şərq”ə bildirib ki, İranı maraqlandıran Suriya xalqının rifahı deyil, regionda itirilmiş maraqlarını bərpa etmək cəhdinin hansı yolla mümkün olmasıdır. Onun sözlərinə görə, İran Suriya vasitəsilə Livandakı proksi qüvvələri ilə mübadilə aparır, onlara silah ötürür, narkotik ticarətini inkişaf etdirirdi: “Hazırda bu yolun bağlanması onun üçün böyük itkidir. Ona görə Suriyada hazırda Hitler kimi şəxs də hakimiyyətə gəlsə, Yezid dirilib yenidən taxta da çıxsa, İran onunla da əlaqə qurmağa hazır olar, yetər ki, niyyətinə nail olsun. Amma Əsəd devriləndə İran düşünürdü ki, hazırkı qüvvələr gəldi-gedərdir və tezliklə onlar səhnədən uzaqlaşacaq. Ali dini liderin çıxışında suriyalı gəncləri üsyana çağırması da buna sübutdur. Lakin sonradan Rusiyanın və digər Qərb ölkələrinin, həmçinin Türkiyə başda olmaqla müsəlman dövlətlərinin indiki Suriya rəhbərliyi funksiyasını icra edən qüvvələrlə normal münasibətlərinin inkişafı İranın özünü təcridi ilə nəticələnir. Yəni artıq gördü ki, hazırkı qüvvələr faktiki olaraq Suriyanı idarə edəcəklər. Odur ki, Əsədi günahlandırıb guya onun İranın sözünə qulaq asmaması kimi ittihamlarla indiki qüvvələrlə münasibətlərə yer saxlayırlar. Əlinin Suriyadan üzüldüyünü görən İran hazırda Misirlə yaxınlığa çalışır və nümayəndə heyəti bu günlərdə Misirdə səfərdə olub. Mümkün qədər yeni proseslərdə iştirak etmək, yer almaq, köhnə kanallarının işləməsi üçün alternativ yollar axtarır. Yeni hakimiyyətin qarşısında dayanmağa halı qalmayan İran çalışacaq cüzi də olsa münasibət qursun. Ən azı gərgin münasibətdə olmasın. Ancaq Suriyada qurulacaq yeni hakimiyyətin İrana qarşı mövqeyi hələ ki, sərt və barışmazdır. Hətta hava yollarını İranın üzünə bağlayıb”.
Tural İrfan hesab edir ki, yeni hakimiyyətlə İranın əlaqələrinin hansı səviyyədə olması İranın Türkiyə ilə maraqlarına bağlıdır. O qeyd edib ki, İran istər Türkiyəyə istər Azərbaycana qarşı ədalətsiz mövqeyindən dönməsə, bəzi teror təşkilatlarına dəstəyini davam etdirsə, Türkiyənin maraqlarına, təhlükəsizliyinə təhdid yaratmağa cəhd etsə, Suriyada qurulan hakimiyyət ilə İranın münasibətləri qurula bilməz:
“Çünki belə olduğu halda İran yenidən Suriya vasitəsilə gərginliyi artıra bilər ki, bu da İsrailə əlavə bəhanə verərək Suriya, Livan ərazisində yenidən savaşa yol açar. Suriyadakı hakimiyyət dəyişikliyinə ABŞ və İsrailin loyal yanaşması Əsədi devirənlərin İran əleyhdarları olmasıdır. Əgər indikilər də Əsəd dövründə olduğu kimi İranla əlaqələri davam etdirsə, Suriya yenidən qarışacaq. İran İsrail və ABŞ-nin Suriya, Livan, Yəmən, İraq kimi müsəlman ölkələrinə müdaxiləsi üçün "b" planıdır. İsrailin Suriya, Livan torpaqlarını tutması üçün İran müdaxiləsindən savayı ikinci bir tutarlı əsas ola bilməz. İsrail hər zaman bu ölkələrə savaş açanda İranı səbəb, yaxud bəhanə gətirir. Əgər yaxın Şərqdə sülh, yaxud heç olmasa, atəşkəs olmasını arzu edirlərsə, İran orada olmamalıdır. Suriyada yeni qurulan hakimiyyətin qarşısında İran heç nəyə zorla nail ola bilməz. Xalqın İrana qarşı Əsəd rejimini dəstəklədiyi üçün böyük ikrah hissi var. Eyni zamanda ABŞ və İsrail buna imkan verməz. Suriyadakı yeni hakimiyyətin İranla əlaqələr qurub Suriyanın ikinci vətəndaş müharibəsi yaşamasına Türkiyə də imkan verməz”.
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi