ABŞ Prezidenti Donald Trampın təhqiredici açıqlamasından sonra İtaliya Baş naziri Corciya Meloninin reytinqi yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Demopolis İnstitutunun sorğusuna dair hesabatında bildirilib.
Qeyd edilib ki, Trampın Meloniyə hücumları İtaliya liderinin populyarlıq reytinqini 2 faiz artırıb.
Baş nazirin reytinqi may ayındakı 38 faizdən son 48 saat ərzində 40 faizə yüksəlib. Trampın italyanlar arasındakı reytinqi isə Ağ Evdə olduğu 18 ay ərzində 42 faizdən 11 faizə düşüb.
Xatırladaq ki, ötən həftə Tramp və Meloni bir-birinə qarşı sərt açıqlamalar verib. Amerika lideri Baş naziri nankorluqda və G7 sammitində onunla şəkil çəkdirərək reytinqini artırmağa çalışmaqda günahlandırıb. Prezident iddia edib ki, İtaliya lideri foto çəkdirmək üçün ona yalvarıb. Meloni isə onun reytinqinin ölçülməsinin Trampın işi olmadığını deyib. Baş nazir həmçinin vurğulayıb ki, Trampla dostluğu onun reytinqinin artmasına kömək etməyib.