“İkinci Qarabağ müharibəsi zamanı bəziləri deyirdi ki, Rusiya Ermənistan Baş naziri Nikol Paşinyanı cəzalandırmaqdan ötrü Azərbaycanın əks-hücum əməliyyatlarına səssiz qalır. Biz isə etiraz edirdik. Bildirirdik ki, istənilən halda iki yüz ildir qoruduğu Ermənistanı tək qoymaz. Əslində Kreml üçün təhlükə Paşinyan hakimiyyətə gələndə başlamışdı. Ermənistanda yerli ermənilərlə Qarabağ erməniləri arasındakı iqtidar mübarizəsi birincilərin xeyri ilə davam edirdi. Onlar Qarabağın işğalına görə ölkələrinin təcrid edilməsindən, iqtisadi gerilikdən və daimi köçdən bezmişdilər. Haqlı olaraq düşünürdülər ki, iqtisadi gəlir əldə edə bilməyimiz torpaqlar üçün niyə fədakarlıq edək? “Qarabağ klanı” isə əksinə, “Hər şeydən əvvəl Qarabağ” deyənlərdən ibarətdir. Onların çöküşü çoxdan başlayıb. Müharibə vaxtı Şuşanın azad edilməsindən sonra Rusiyanın tərəfləri sülhə çağırması təsadüfi deyildi. Moskva bununla bir tərəfdən İrəvana “Mən olmasaydım, məhv olacaqdınız” mesajını verib, digər tərəfdən “arxa bağçasındakı” mövcudluğunu qorudu.
Türk general: “Atəşkəs uğursuz olsa və Azərbaycan bir neçə yerdə əks-hücuma başlasa...”