
Türkiyə ilə hərbi əməkdaşlıq özünün yüksəliş mərhələsindədir
13:31 01.06.2024
Siyasət
522
Arzular çin olur “Türkiyədə istehsal edilən hərbi təyinatlı məhsulların detallarının Azərbaycanda da istehsalının təşkili iki qardaş ölkənin bir-birinə olan inamının və dərin bağların bariz göstəricisidir”
Mayın 29-30 may tarixlərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyədə səfərdə olub. Nazir Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə qardaş ölkədə mühüm görüşlər keçirib, “EFES-2024” çoxmillətli təlimini izləyib. Ardınca Türkiyə Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik İsmail Günaydının rəhbərlik etdiyi nümayəndə ölkəmizə gəlib və müdafiə naziri ilə görüşüblər. Görüşlərdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd edilib. Sonra müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb. Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub. Hər iki qardaş ölkənin qarşılıqlı əməkdaşlığının genişləndirilməsi baxımından bu cür görüşlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Politoloq Azər Qasımov "Sherg.az" açıqlamasında bildirib ki, Türkiyə-Azərbaycan birliyinin sübutu olan hərbi təlimlər hər dəfə olduğu kimi bu dəfə də öz möhtəşəmliyi ilə hər kəsin diqqət mərkəzində oldu. Ekspert vurğulayıb ki, yeni istehsal edilən silahların nümayişindən tutmuş orduların qarşılıqlı fəaliyyətinin nümunəsi olan təlimlər bir daha türk dünyasının köksünü qabartdı.

Özlərini bizə düşmən hesab edən gücləri isə kədərləndirdi. İki qardaş ölkənin müdafiə nazirlərinin görüşü həmişəki kimi məhsuldar olub. Görüşlərdə hərbi sahədə əsas əməkdaşlıq sahələrinin daha da inkişaf perspektivləri müzakirə olunub. 2020-ci ildən sonra artan tempdə davam edən hərbi əməkdaşlıq özünün yüksəliş mərhələsindədir. Bu əməkdaşlıq iki ölkə üçün qürur və fəxrdir. Türk ordularının vahid orduya çevrilməsi yolunda atılan addımlardır. Qarşılıqlı əməkdaşlıq artıq silah istehsalı sahəsində də sürətlə davam edir. Türkiyədə istehsal edilən hərbi təyinatlı məhsulların detallarının Azərbaycanda da istehsalının təşkili iki qardaş ölkənin bir-birinə olan inamının və dərin bağların bariz göstəricisidir. Bu, hər zaman arzuladığımız mənzərədir. İkili əməkdaşlığın perspektivləri barədə hələ illər öncəsindən təkliflərlə çıxış etmişdik. Sevindirici haldır ki, bu təkliflərimiz indi həyata keçir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya