
Türkiyə ordusu döyüş hazırlığındadır - Hasan Oktay
Yusif Nəzərli
03:21 25.12.2024
Siyasət
488
İlk növbədə PKK, PYD kimi qruplara qarşı əməliyyatlar keçiriləcəyi gözlənilir
Suriyada hakimiyyət dəyişikliyindən sonra Türkiyədən 25 mindən çox qaçqın vətənlərinə qayıdıb. Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Nazir vurğulayıb ki, dekabrın 8-dən Suriyada hakimiyyət dəyişikliyindən sonra Türkiyədən 25 mindən çox qaçqın vətənlərinə qayıdıb. Son məlumatlara görə, Türkiyədə qanuni əsaslarla yaşayan 4,1 milyon əcnəbidən 2 milyon 920 mini suriyalıdır.
Bu arada Türkiyənin Ticarət Nazirliyi qaçqınların Suriyaya getmələrinə nəzarətin sadələşdirilməsi üçün sərhəd-gömrük məntəqələrinə göstəriş göndərib. Bundan sonra vətənə qayıtmaq istəyən suriyalılar Türkiyədən avtomobil, pul və zinət əşyalarının ixrac edilməsi üçün gömrük bəyannamələrini sadələşdirilmiş formada doldura biləcəklər. Qərar qaçqınların Suriyaya sürətlə qayıtmaları yolunda maneələrin aradan qaldırılmasına yönəlib.

Türkiyəli professor, "Qafqaz" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay "Şərq"ə deyib ki, noyabrın 27-də HTŞ hərəkatının Hələbə doğru irəliləməsi və dekabrın 8-də Əsədin qaçması ilə Suriyada hökumətin devrilməsi 13 ildir Əsədə qarşı vuruşan silahlı qrupların uğuru kimi qiymətləndirilir. Professorun sözlərinə görə, Türkiyə öz cənubunda baş verən prosesləri yaxından izləyib:
"Türkiyə Suriyada döyüşən bəzi müxalif qrupları dəstəkləsə də, heç vaxt HTŞ hərəkatı ilə birbaşa əlaqəsi olmayıb. Ancaq Türkiyə öz cənubunda, 911 kilometr sərhədi olan bir əyalətdə baş verən dəyişikliyi biganə qala bilməz və ona görə də yaxından izləyir. HTŞ rəhbəri Colani Suriyadakı prosesləri nəzarətə alan kimi Türkiyə dərhal onunla əlaqə saxladı. Əvvəlcə MİT rəhbəri İbrahim Kalın, daha sonra xarici işlər naziri Hakan Fidan Colani ilə görüşdü, Suriyanın gələcəyi ilə bağlı fikir mübadiləsi aparıldı. Bundan əlavə Türkiyə Dəməşqdə səfirliyini açıb. Türkiyə Suriyadakı prosesləri iki amilə görə çox əhəmiyyətli görür. Birinci məsələ Suriyada ölkənin ərazi bütövlüyünə və konstitusiyasına, qanunun aliliyinə əsaslanan sistemin qurulmasıdır. Digəri isə təxminən 5 milyon Suriya əhalisinin öz ölkələrinə təhlükəsiz qaydada qayıtmasıdır. İlk mərhələdə 25 minə yaxın suriyalının geri qayıtdığını nəzərə alsaq, bu hərəkətliliyin bir il ərzində davam edəcəyini, gələnlərin yarıdan çoxunun Suriyaya dönəcəyi gözlənilir. Türkiyə bir tərəfdən Suriyada nizam-intizamın qurulmasını, mövcud strukturu dəstəkləyir, digər tərəfdən də suriyalıların qayıtması üçün infrastruktur hazırlayır".
H.Oktay vurğulayıb ki, Türkiyədə vətəndaşlıq almış və türk düşüncə sistemini qavramış suriyalıların öz ölkələrində siyasi partiya qurması və hakimiyyətə gəlməsi imkan verəcək ki, Türkiyə həm öz vətəndaşlarını qorusun, həm orada öz hərbi gücünü saxlasın:
"Türkiyə Aralıq dənizindən İraq sərhədinə qədər olan 30 km.lik genişlikdə əraziyə nəzarəti davam etdirəcək. Çünki baş verə biləcək hər hansı xaosda yeni köç dalğası ilə qarşılaşmamaq üçün bu tədbir mütləq görülməlidir. Suriyalıların əhəmiyyətli bir hissəsi geri dönsə də, Türkiyə ilə əlaqələri, gediş-gəlişləri artacaq. Bu məqsədlə Hələb və Antep arasında sürətli qatar sistemi yaradıla bilər. Suriyanın şərqində, Fəratın şərqində mərkəzi hökumətin hansı yol qət edəcəyi bəlli deyil. Ancaq Türkiyə vurğuladığım iki məsələdə israrını sona qədər davam etdirəcək. Türkiyə ordusu döyüş hazırlığındadır. İlk növbədə mərkəzi hökumət və Suriya Milli Ordusu tərəfindən PKK, PYD kimi ökənin ərazi bütövlüyünü təhdid edən qruplara qarşı əməliyyatlar keçiriləcəyi gözlənilir. Türkiyə Suriyada, Fəratın şərqində ölkəmizi təhdid edən ünsürlərə qarşı əməliyyat keçirmək səlahiyyətini və hüququnu özündə saxlayır. Xüsusən, İsrailin HƏMAS-a, Hizbullah-a və indi də ruslara qarşı əməliyyatlarını nəzərə alsaq, Türkiyə Suriyada öz mövqeyini qorumalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Ukrayna NATO-ya məxsusdur
15:59 07.07.2026
Dünya
Ərdoğan Donald Trampı Ankara hava limanında qarşılayıb - YENİLƏNİB
15:57 07.07.2026
Gündəm
Von der Lyayen: Türkiyə NATO-da hər zaman əhəmiyyətli rol oynayıb
15:55 07.07.2026
Siyasət
Bred Pitt gənc sevgilisi ilə ilk rəsmi paylaşımını etdi
15:18 07.07.2026
Şou
Mark Rutte: Transatlantik hərbi-sənaye inqilabının ərəfəsindəyik
15:03 07.07.2026
Gündəm
Trampın təyyarəsi Ankaraya enib
14:43 07.07.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə