Türkiyədə daha seçici əvvəl verdiyi partiyaya səs vermir
Ayyət Əhməd
08:27 16.07.2019
Siyasət
879
Bu, yeni qurulacaq partiyalar üçün potensial güc deməkdir
Türkiyənin ANAR siyasi sorğu mərkəzinin rəhbəri, tanınmış analitik İbrahim Uslu, sabiq nazirlər Əli Babacan və Əhməd Davudoğlu kimi siyasilərin quracağı yeni partiyaların uğur qazanıb-qazanmayacağı haqqında mülahizələrini bölüşüb. Sherg.az qardaş ölkə mətbuatına istinadən bildirir ki, yeni yaranacaq siyasi təşkilatların potensialının o qədər də güclü olmadığını söyləyən analitik deyib ki, hər şey seçicidən asılıdır: “Seçici heç vaxt “siz partiya qurun, biz gələk səs verək” – demir.
Bəzi situasiya var ki, bu, yeni partiya üçün heç də uyğun deyil. Bəzən də uyğun zaman ortaya çıxır. Əsas məsələ seçicinin mövcud partiyalarla bağlı qənaətlərinə və ideyalarını qəbul etdiyi təşkilatlara hazırkı rəğbətinin olub-olmamasına baxmaq lazımdır”. ANAR sədri vurğulayıb ki, Türkiyədə seçicilərin yüzdə iyirmi faizi yaxın zamana qədər sədaqətsiz seçicilər olub:
“Bu seçicilər hər seçkidə fərqli partiyalara səs verirdilər. Sonuncu referendumdan sonra bu faiz 25-ə yüksəldi. Artıq insanların 25 faizi əvvəl səs verdiyi partiyaya növbəti seçkidə səs vermir.
Dolayısıyla bu, yeni qurulacaq partiyalar üçün potensial güc deməkdir. Bir də yüzdə 10 faiz özünü heç bir partiyaya aid etməyən seçicilər var. Bir də ilk dəfə səs verəcək gənclər var ki, onlar da ənənəvi yox, yeni təşkilatlara yönələ bilərlər”.
2-3 seçkidir ki, eyni partiyaya səs versə də, partiyasından məmnun olmayan bir kəsimin də var olduğunu deyən analitik vurğulayıb ki, bunların hamısını topladıqda ümumi seçicilərin təxminən yüzdə 50 faizi edir:
“Yəni Türkiyədə seçicilərin 50 faizi əvvəlki seçimlərini, düşüncələrini dəyişə biləcək potensialdadır. Bu durum da mövcud partiyaları təhdid edir, yeni partiyalara isə fürsət yaradır.
Amma 50 faizin hamısının gedib yeni yaranacaq partiyaya səs verəcəyini söyləmək də doğru deyil. Əlbəttə ki, dediyim 50 faiz seçicinin yenə bir qismi mövcud partiyalara yönələcək, bir qismi yeni yaranacaq partiyaya səs verəcək, bəziləri heç səs verməyəcəklər”.
İdeyalarını dəstəklədiyi partiyalara sadiq seçicilərin yeni qurulacaq təşkilatlara yönəlmə potensialını dəyərləndirən Uslu deyib ki, bu, partiyaların seçki əvvəli cəmiyyətə açıqlayacaqları platformalardan asılıdır:
“Həmçinin verilən vədlərə və partiyadakı şəxslərin kimliyinə bağlı məsələdir. Hazırda dəqiq olan budur ki, bəzi seçici qrupları narazıdır, bir qism insan da özlərinə yaxın partiya görmürlər. Bu kəsimlərdən doğru istifadə edilərsə, o zaman yeni partiyalar elektorat toplaya bilərlər. Həm də bu gün seçicinin bir kəsiminin də partiyasını dəyişdirmə potensialı var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm