Türkiyənin sabiq XİN Mövlud Çavuşoğlu Milli Məclisdə olub
Yusif Nəzərli
14:47 04.12.2024
Siyasət
449
Dekabrın 4-də Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov ölkəmizdə səfərdə olan Türkiyənin sabiq xarici işlər naziri, TBMM-in millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Ramid Namazov Mövlud Çavuşoğlunun Türkiyənin xarici işlər naziri kimi və AŞPA-da fəaliyyət dövrü də daxil olmaqla həmişə Azərbaycana xüsusi rəğbəti ilə seçildiyini və bunun qarşılıqlı olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, parlament nümayəndə heyətlərimiz beynəlxalq təşkilatlarda həmişə uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz xoş günlərdə də, dar günlərdə də daim bir-birinə dəstək olur, bütün taleyüklü məsələlərdə bir-birinə arxalanır.
Mövlud Çavuşoğlu Azərbaycanda parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, ötən parlament seçkiləri Azərbaycanın bütün suveren ərazisində keçirilmiş ilk parlament seçkiləri kimi mühüm əhəmiyyətə malikdir.
Söhbət zamanı NATO PA çərçivəsində əməkdaşlıq, gələcək planlar və görüləcək işlər, parlamentlərarası əlaqələrin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılıb. Hər iki ölkənin nümayəndə heyətlərinin NATO PA-da bundan sonra da uğurla əməkdaşlıq edəcəyinə, qarşıya çıxan məsələlərin birlikdə öz həllini tapacağına inam ifadə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət