
Xəbərdarlığın birdən çox ünvanı var -ŞƏRH
Yusif Nəzərli
04:05 16.02.2024
Siyasət
338
Ermənistanın atacağı destruktiv addımlara Bakı səssiz qalmayacaq
Prezident İlham Əliyevin andiçmə mərasimi, habelə çıxışı diqqətçəkən məqamlarla yadda qaldı. Ölkə başçısının çıxışında qarşıdakı hədəflər, siyasi kurs, Azərbaycanın xarici siyasətindəki yeniliklər, habelə yeni dövrün reallıqları və bu reallıqlara adaptasiyaya dair konkret məqamlar əks olundu. İndiyədək qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini xatırladan dövlət başçısı qeyd edib ki, Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir: "Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub".
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, həqiqətən də, 2003-cü ildə ilk dəfə prezident seçiləndə İlham Əliyev qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi. Bu vəddən 15 il sonra – 2018-ci ildə inaqurasiya mərasimində Prezident İlham Əliyev torpaqlarımızın azad ediləcəyini və separatizmə son qoyulacağını yenidən bildirdi:
"Əslində, bu, təsadüfi deyildi. Geridə qalan 15 il ərzində ordu sahəsində, siyasi-diplomatik arenada çox işlər görülmüş, yekun hədəf, hazırlıqlar bitmişdi. 2 ildən sonra, yəni 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi qələbə əldə olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Beləcə Əliyev həm ata vəsiyyətini yerinə yetirdi, həm də vədini tutdu. Prezident çıxışı zamanı qeyd etdi ki, “əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”. Aydın məsələdir ki, ölkə başçısı “Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa deyərkən” bir müddətdir aktual olan konstitusiya dəyişikliyindən bəhs edir. Ermənistanın mövcud konstitusiyasında və müstəqillik bəyannaməsində, habelə dövlət atributlarında Azərbaycana, hətta Gürcüstan, Türkiyəyə qarşı ərazi iddiaları var. Bunlar mütləq şəkildə aradan qaldırılmalıdır. Bu həm də o baxımdan vacibdir ki, gələcəkdə Ermənistan sülhə dair götürdüyü öhdəliklərdən konstitusiyanı bəhanə edib yayınmasın. Dövlət başçısı açıq mesaj verir ki, bu dəyişiklik baş verməsə, sülh olmayacaq. Sülhün olmaması isə regionda eskalasiya riskini artırır. Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur. Bunu Prezident də çıxışı zamanı qeyd edib. Lakin təxribatlara, ya da xarici ölkələrin təhriki ilə Ermənistanın atacağı destruktiv addımlara Bakı səssiz qalmayacaq. Dövlət başçısı da vurğuladı ki, Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər: "Bizimlə əsassız iddialarla, şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür”".

Ekspert diqqətə çatdırıb ki, Qarabağ münaqişəsinin bitməsi, işğalın sonlanması Bakının regional gücdən qlobal aktor kimliyinə keçidini vacib edir:
"Təsadüfi deyil ki, Prezident çıxışı zamanı “islamofobiyaya, neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq” dedi. Prinsip etibarilə Qoşulmama Hərəkatına sədrlik müddətinə rəsmi Bakı bu prosesə başlayıb. İstər pandemiya ilə bağlı qeyd etdiyi vaksin milliyyətçiliyi, istərsə də təşkilatda, xüsusilə ikinci və üçüncü dünya ölkəsi kimi tanınan, illərdir haqq səsini duyura bilməyən ölkələrə platforma tanınması Əliyevin ciddi bir missiyanı üzərinə götürdüyünü göstərir. Ölkə rəhbəri İlham Əliyevin “Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar” sözləri isə açıq xəbərdarlıqdır. Bu xəbərdarlığın birdən çox ünvanı olsa da, hazırda islamofobiya və nekolonalizmin bayraqdarı məhz Fransadır. Prezident Fransanın timsalında neokolonializm və islamofobiyaya müharibə açdığını elan etmiş oldu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi
13:47 14.07.2026
Hadisə
Konstitusiya Məhkəməsinin 28 illiyi münasibətilə tədbir keçirildi
13:25 14.07.2026
Gündəm
IV Şuşa Qlobal Media Forumu başa çatdı
13:17 14.07.2026
Media
Moldova Rusiya səfirini XİN-ə çağırdı
13:09 14.07.2026
Dünya
Yol polisi sürücülərə xəbərdarlıq etdi
12:50 14.07.2026
Cəmiyyət
Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır
12:45 14.07.2026
Futbol
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:40 14.07.2026
Siyasət
Əliyev və Pelleqrini işğal dövründə güllələnmiş büstlərə baxıblar
12:29 14.07.2026
Rəsmi
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
12:23 14.07.2026
Siyasət
Kardioloq ürək sağlamlığını qorumağın 5 əsas yolunu açıqlayıb
12:17 14.07.2026
Sağlamlıq
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
11:59 14.07.2026
İnfrastruktur
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
11:52 14.07.2026
Sosial
Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq
11:27 14.07.2026
Gündəm
Ölkədə Media və Yayım Şurası yaradıldı
11:20 14.07.2026
Media