XİN-dən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavininin açıqlamasına cavab
15:28 17.09.2024
Siyasət
368
Sentyabrın 16-da Ermənistanın ABŞ-dakı səfirliyində Müstəqillik Günü tədbirində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamasını şiddətlə pisləyir və qətiyyətlə rədd edirik.
“Sherg.az” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administratorunun müavininin iddialarına dair şərhində deyilir.
Qeyd olunub ki, administrator müavininin son dərəcə məsuliyyətsiz ifadələri Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıyır:
"Azərbaycanın tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və heç vaxt mülki əhalini hədəf almayıb. Antiterror tədbirlərinə gətirib çıxaran Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərin yerinə yetirilməməsini, Ermənistan rəhbərliyi tərəfindən hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistan Baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə 2 sentyabr tarixində ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdiyi iddialar separatizmin və Ermənistan daxilindəki revanşist qüvvələrin təşviqindən başqa bir şey deyil.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin regionda sayı 10 dəfə çox olan azərbaycanlı qaçqın və məcburi köçkünlərə münasibətdə eyni həvəs nümayiş etdirməyən uzaqgörməz siyasəti və mövcud reallıqlardan xəbərsizliyi ziyanlıdır və regionda sülh və təhlükəsizlik naminə heç bir nəticə verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
11:10 27.08.2026
Dünya
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou