Zelenski ciddi problemlər yaşaya bilər - RƏY
Zelenski ciddi problemlər yaşaya bilər - RƏY
Yusif Nəzərli
11:09 05.09.2023
Siyasət
635
Ukrayna müdafiə nazirinin istefası sıradan bir hadisə deyil
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov istefa məktubunu Ali Radaya təqdim edib.Bu barədə Reznikov "X" platformasında ("Twitter") paylaşım edib.
"Mən istefa məktubumu Ukrayna parlamentinin sədri Ruslan Stefançuka təqdim etdim. Ukrayna xalqına xidmət etmək və Ukraynanın müasir tarixinin ən çətin dövrü olan son 22 ayda Ukrayna ordusu üçün çalışmaq şərəf idi", - o, paylaşımda qeyd edib.
Məsələyə münasibət bildirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a deyib ki, Oleksiy Resnikovun istefaya göndərilməsi ilə bağlı mətbuatda məlumatlar gedirdi. Hətta Volodimir Zelenskinin orduda dəyişikliklər etməsi ilə bağlı açıqlamar da var idi:
"Amma müharibə gedən ərəfədə müdafiə nazirinin dəyişdirilməsi yaxşı şeylərdən xəbər vermir. Ola bilər ki, savaş zamanı əks-hücumun istənilən nəticə verməməsi Volodimir Zeleniski və Oleksiy Reznikov arasında fikir ayrılığına səbəb olub. Bu haqda kim necə istəyər o cür düşünər. Amma fakt odur ki, artıq Ukrayna müdafiə naziri vəzifəsində deyil. Onu tatar türkü olan Rüstəm Umerov əvəz edəcək. Yaxın zamanda Resnikovun Zelenskiyə qarşı müxalifətə keçəcəyini düşünürəm.
Artıq may ayından gedən əks-hücumlar yaxşı nəticələr verməyib. Təəssüf ki, bizim bu yöndə olan proqnozlarımız özünü doğrultdu. Ukrayna prezidentinin Amerikaya qarşı ittiham dolu açıqlamaları var. O bildirib ki, ABŞ lazımi səviyyədə dəstək olmasa, onlar da ölə bilərlər. Gələcəkdə Zelenski ciddi problemlər yaşaya bilər. Xaricdə müttəfiqləri tərəfindən ola bilsin fikir ayrılıqları da olsun.
Amma hələlik Ukrayna xalqı və dövləti bir yumruq kimi Rusiya təcavüzünə qarşı mübarizə aparır. Artıq xalq və insanlar yorularaq suallar verməyə başlayıblar. Bu gün monibilizasiya məsələsi Ukrayna gündəmindədir. Kiyev hakimiyyəti cavanların cəbhəyə getməsini xalqa necə açıqlayacaq? İstənilən halda bu gedişat Ukrayna üçün yaxşı heç nə vəd etmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media