Zelenski hakimiyyətinin taleyi həll olunur
Yusif Nəzərli
07:58 14.04.2022
Siyasət
919
Ukrayna ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək
Kiyev indiki vəziyyətdə heç atəşkəsə də razı olmaz
Rusiya Prezidenti Vladimir Putin Belarus həmkarı Aleksandr Lukaşenko ilə görüşdə Ukraynanı ittiham edib. Putin deyib ki, Moskva İstanbul görüşündə Kiyevlə müəyyən razılığa gəlmişdi. Razılıq ondan ibarət idi ki, Ukrayna üçün təhlükəsizlik təminatı Krım, Sevastopol və Donbass ərazisinə aid edilməyəcək: “Rusiya danışıqların davam etməsi üçün şərait yaratdı. Lakin Ukrayna tərəfi İstanbul razılaşmasından uzaqlaşdı. İndi təhlükəsizlik təminatı məsələsi ayrıca müzakirə olunur, Krım, Sevastopol və Donbass məsələsi bu danışıqlar çərçivəsindən kənara çıxarılır.
Başqa sözlə, yenidən çıxılmaz vəziyyətə qayıtdıq”. Bununla yanaşı, Putin vurğulayıb ki, tərəflərin danışığı və dialoq üçün ən əlverişli məkan Belarusdur.
Rusiya rəhbərinin açıqlamasını “Şərq”ə şərh edən politoloq Azər Rəşidoğlu deyib ki, Moskva üçün heç bir anlaşmanın önəmi yoxdur. Analitikə görə, İstanbulda anlaşma əldə olunması Ankaranın gücünün etirafı demək olardı:
“Buna nə Moskva, nə də ki Minsk razı ola bilərdi. Həm də görünür, Belarus lideri Lukaşenko Kiyev və Moskvanın Türkiyədə anlaşmasını həzm edə bilmədiyini açıq nümayiş etdirib. Tərəflər arasında ilk danışıqlar prosesi Belarusda baş tutsa da, bu günə əldə olunan irəliləyişlər birmənalı şəkildə Türkiyənin vasitəçiliyinin nəticəsidir. Belarusun iştirakı ilə baş tutan danışıqlarda isə hər hansı bir nəticə əldə edilməmişdi. Bu mənada Belarus artıq arxa plana keçirilib. Rəsmi Minsk vasitəçi qismində ciddi qəbul edilmir. Bu isə Belarus prezidentini qəzəbləndirir. O ki qaldı Kiyev və Moskvanın anlaşmasına, inanmıram ki, Kiyev güzəştlərə hazır olsun”.
A.Rəşidoğlunun qənaətincə, Kiyev nəinki ərazisinin bölünməsinə, indiki vəziyyətdə heç atəşkəsə də razı olmaz:
“Atəşkəs Rusiyanın işğalı altında qalan ərazilərdə hərbi baxımdan güclənməsi və sonrakı mərhələdə növbəti bəhanələrlə həmin ərazilərdən plastdarm kimi istifadə etməsi deməkdir. Bu, nə hərbi taktiki, nə də strateji baxımdan Ukrayna üçün əlverişlidir. Kiyevin hansısa ərazisindən imtinasına razı olacağını düşünmürəm. Burada söhbət təkcə ərazi bütövlüyü məsələsindən getmir. Bu həm də hakimiyyətin taleyi məsələsidir. Zelenski hakimiyyəti ölkənin bölünməsinə, ərazilərinin nəzarətindən çıxmasına imza atırsa, öz məhvinə imza atmış olur. Təbii ki, sülhə nail olmaq üçün Ukraynanı dəstəkləyən ölkələrdən bir qismi, yaxud hamısı Ukraynanı buna məcbur etməyə çalışa bilərlər, amma Kiyev buna getməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı