
Zərdüşt Əlizadə: Azərbaycan və Ermənistan qarşılıqlı səfirlik açmalıdırlar
12:11 29.05.2024
Siyasət
596
Hər gün sülh sazişinin (Azərbaycanla) imzalanması üçün əla fürsətdir.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məsələ bundadır ki, sülh müqaviləsinin mətni ətrafında razılaşmalar əldə edilməlidir. Paşinyan buna nail olunacağına dair ümidini ifadə edib: “Daha doğrusu, bu razılaşmalar 6 oktyabr 2022-ci ildə Praqada, sonra Soçidə, daha sonra isə Brüsseldə əldə edilib. Sazişin əsas prinsipləri razılaşdırılıb, bütün bunları sülh sazişinin mətninə köçürmək qalır. Hesab edirəm ki, bu işi çox tezliklə başa çatdırmaq imkanımız var. Müqavilənin imzalanma yeri və tarixi əlavə müzakirə ediləcək başqa bir məsələdir”.
Həm erməni, həm də Azərbaycan xalqının münaqişədən doyduğunu vurğulayan politoloq Zərdüşt Əlizadə “Sherg.az”a bildirib ki, hər iki xalq müharibə, ölüm-itim və dağıntı istəmir:

“Eyni zamanda, xalq vasitəçi olaraq öz xeyirlərini güdən ölkələrdən dövlətinin asılı olmağını qəbul etmir. Münaqişələr müəyyən qədər iki xalqın şüurunda yaxşılığa doğru dəyişiklik yaradıb. Sevinmək lazımdır ki, Ermənistan dövləti əvvəlki işğalçılıq siyasətindən əl çəkib və Azərbaycanın hüquqlarını tanıyır. Eyni zamanda, artıq Ermənistan barışığa hazırdır. Biz də bunlara görə onlara minnətdar olmalıyıq. Fürsətdən istifadə edərək tez bir zamanda sülh müqaviləsini bağlamalıyıq. Delimitasiya prosesini başa çatdırmalı və yolları açmalıyıq. Həmçinin Azərbaycan və Ermənistan qarşılıqlı səfirlik açmalıdırlar. Bundan sonra isə normal əlaqələr qurulmalı və mədəni şəkildə yaşamalıyıq. COP29 tədbirinə qədər sülh müqaviləsinin imzalanması ilə bağlı gözləntilər mövcuddur. Azərbaycan və Ermənistan üçün belə mühim beynəlxalq tədbir ərəfəsində sülhüm imzalanması müsbət hadisə sayılar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya