Zurabişvilinin impiçmentə məruz qalması qarşıdurma yarada bilər - TƏHLİL
11:22 05.09.2023
Siyasət
565
Ancaq Qərb müdaxilədə yenə yetərsiz qalacaq, əsas söz sahibi gürcü xalqı olacaq
Gürcüstan parlamentinin hakim “Gürcü arzusu” fraksiyası Konstitusiya Məhkəməsinə təqdim etmək və prezident Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlamaq üçün 50 deputatın imzasını toplamağa başlayıb.
Bu barədə fraksiya lideri Mamuka Mdinaradze brifinqdə məlumat verib.
“Sənədlərin hazırlanması çərşənbə gününə qədər başa çatacaq, sonra onlar Prosessual Məsələlər Komitəsinə təqdim olunacaq ki, o da öz növbəsində imzaların həqiqiliyini yoxlayacaq. Bundan sonra biz bu sənədləri Gürcüstan Konstitusiya Məhkəməsinə təqdim edəcəyik”, - Mdinaradze parlament çoxluğunun iclasından sonra bildirib.
Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” Partiyası sentyabrın 1-də prezidentə qarşı impiçment proseduruna başladığını elan edib. Buna səbəb onun Aİ liderləri ilə görüşmək üçün parlamentdən icazəsiz Avropaya səfəri olub. Beləliklə, Zurabişvili konstitusiyanı pozub. Belə ki, prezident xarici siyasətdə nümayəndəlik funksiyalarını yalnız Nazirlər Kabinetinin razılığı ilə həyata keçirə bilər.
Prezidentin impiçmenti təklifi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək üçün deputatların üçdə biri, yəni 150-dən 50-nin imzası lazımdır. Təklif məhkəmə tərəfindən təsdiq olunarsa, parlament impiçmentə səs verir. Prezidentin vəzifədən kənarlaşdırılması üçün deputatların 2/3-nin, yəni 150-dən 100-nün səsi lazımdır. Parlament çoxluğu parlamentdə 84 səsə malikdir və Avropa Sosialistlərinin 4 deputatı da impiçmenti dəstəklədiyini bəyan edib.
Mövzunu şərh edən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a bildirib ki, Gürcüstanın siyasi vəziyyəti indiki məqamda gərginləşmiş hal alıb:
"Saakaşvilidən sonra Gürcüstan siyasətində ciddi parçalanma yaranıb. Bir qrup Qərblə əlaqələri inkişaf etdirməyə, digər qrup isə Qərblə əlaqələri saxlamaqla Moskvadan uzaqlaşmayan siyasət yeritməyə meyillidir. Bu da Gürcüstanda ikibaşlı iqtidar xəttinin formalaşmasına gətirib çıxarıb. Əsas səbəb isə Saakaşvilinin radikal Qərbyönümlü siyasət yürütməsi və bundan sonra Rusiyanın Ukraynada işğala başlaması ilə əlaqədardır. Ancaq bu tarixi keçmişdə qalıb və indiyə baxsaq görərik ki, Gürcüstan dərs alıb hərəkət etmək istəyənlərlə, Qərblə daha yaxın əlaqələr qurmağa çalışanlar arasında mübarizə meydanına çevrilib. Məsələn, hazırkı Prezidenti Qərb meyilli rəhbərdir və qərarları deməyə imkan verir ki, Zurabişvili Saakaşvili təcrübəsi ilə siyasət xətti yürütrməkdən yanadır. Baş nazir və digər rəsmilər isə atılacaq addımlarda Kremli nəzərə alaraq Gürcüstanın maraqlarına zərər verən məqamlardan qaçmağı üstün tuturlar. İmpiçment məsələsi də bunların fonunda baş verir. Gürcüstan Baş naziri və ona yaxın qüvvələr çalışırlar ki, ifrat Qərb meyilli siyasəti azaltsınlar və rəsmi Tbilisi Moskvaya yönəlsin. Bunun hansının yaxşı olacağını isə gələcək göstərəcək".
Ekspert əlavə edib ki, Qarabağ məsələsində Azərbaycan Rusiya və Qərb arasında balansı qoruyaraq işğala son verə bildi:
"Çünki Qarabağda Rusiya sadəcə işğalçılara havadarlıq edirdi. Amma Gürcüstanda vəziyyət başqa cürdür. Çünki işğalı həyata keçirən Rusiyadır. Burada sual yaranır ki, Gürcüstanın ərazilərini işğal etmiş bir dövlətlə yaxınlaşması və ya Qərblə balans siyasəti yürütməsi torpaqlarının azad edilməsi üçün effektiv ola bilərmi? Bu əlbəttə mübahisəli məqamdır. Zurabişvili və dəstəkçiləri də məsələyə bu yöndən yanaşırlar. Ümumiyyətlə Gürcüstan Prezidentinin impiçmentə məruz qalması Rusiyanın maraqları daxilində olan bir addımdır. Proseslər isə bundan sonra qarşıdurma həddinə keçə bilər. Düzdür burada söhbət siyasi qarşıdurmadan gedir. Amma Prezident impiçmentə məruz qalarsa, onun tərəfdarları özlərini cilovlamaya bilərlər. Ümumiyyətlə biz Gürcüstanda dəfələrlə xalqın hərakatlarını görmüşük. Yenə də eyni hadisələr yaşana bilər. Həmçinin Zurabişvili impiçmentə məruz qalarsa Qərbin açıq addımlar atacağını düşünmürəm. Çünki onlar uzun müddətdir Cənubi Qafqaza müdaxilə etməyə çalışsalar da, hələ ki, buna nail ola bilməyib. Gürcüstanda da bu təkrarlanır və kənardan bəyanatlar verməklə kifayətlənirlər. Yəni impiçment qərarı qəbul olunsa, belə Qərb Gürcüstanda yalnız xalqın əli ilə etiraz dalğası formalaşdıra bilər ki, bununda böyük effekt verəcəyini zənn etmirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media