Flora Kərimova həkimi məhkəməyə verdi: Gözlərində problem yaranıb - AÇIQLAMA
Yusif Nəzərli
08:05 24.02.2023
Cəmiyyət
531
Xalq artisti Flora Kərimova məhkəməyə müraciət edib.
Müğənni bu dəfə plastik cərrah və kök hüceyrə uzmanı Sevinc Heydərovaya qarşı mülki iş üzrə məhkəmədə iddia qaldırıb.
Məhkəmə işlərinə hazırlıq iclası ötən gün Nəsimi Rayon Məhkəməsində baş tutub.
F.Kərimovanın bu addımı atmasına səbəb S.Heydərovanın onu uğursuz əməliyyat etməsi iddiasıdır. Xalq artisti həkimin əməliyyatından sonra gözlərində problem yarandığını bildirib.
Məhkəmə prosesi ilə bağlı Oxu.Az-a Xalq artistinin köməkçisi açıqlama verib.
O bildirib ki, əməliyyatdan sonra Flora Kərimovanın gözlərində assimmetriya yaranıb:
“Həmçinin uğursuz əməliyyyatdan sonra ptoz, yəni yuxarı göz qapağının sallanması yaranıb. Tikişdən sonra göz qapaqlarının bir tərəfi sallanıb. Bunlar sonradan başqa problemlərə gətirib çıxarır. Məsələn, gözlər tez-tez sulanır”.
Məsələ ilə bağlı qarşı tərəfin, həkim Sevinc Heydərovanın mövqeyini öyrənmək istəsək də, bu mümkün olmadı. Həkimin köməkçisi onun əməliyyatda olduğunu, daha sonra bizimlə əlaqə saxlayacağını söz versə də, telefon bağlantısı yaradılmayıb.
Qeyd edək ki, F.Kərimovanın qarşılaşdığı ptoz problemi tibdə yuxarı göz qapaqlarının sallanması və ya düşməsi kimi izah olunur. Sözügedən problemdən əziyyət çəkən xəstələr çəpgözlük, ikigörmə, gözün qıcıqlanması, gözün tam qapana bilməməsi, göz qapaqlarını açıq saxlamaq üçün daim gərginlikdən yorulma kimi çətinliklərlə üzləşirlər. Anadəngəlmə ptoza səbəb göz qapağını qaldıran əzələnin olmaması və ya inkişafdan geri qalmasıdır. Qazanılmış ptoza səbəb isə göz qapağını qaldıran əzələni innervasiya (bədənin və ya toxumanın qeyri- bərabər elementlərlə təchizi - red.) edən sinir liflərinin, gözün hərəki sinirinin insult, ensefalit, Horner sindromu nəticəsində iflicidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya