Deputat: “Bələdiyyələrin cəmiyyətdə nüfuzu yoxdur”
Yusif Nəzərli
09:12 24.02.2023
Cəmiyyət
526
“Bu gün gənclər arasında arzu etdikləri iş yerləri ilə bağlı sorğu keçirsək, aldığımız cavablar əsasən xəstəxana, məktəb, polis, dövlət qulluğu və özəl sektor olacaq. Ancaq heç kim bələdiyyədə işləmək istəyində olduğunu deməyəcək. Bax budur cəmiyyətdə bələdiyyələrə olan hörmət və nüfuz”.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov parlamentin fevralın 24-də keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, növbəti bələdiyyə seçkilərinə cəmi iki il qalıb:
“Bu cür vəziyyətlə bələdiyyələrə seçilməyə və seçməyə kim gedəcək?! Ona görə də nə qədər vaxt var, bələdiyyə sistemində köklü və əsaslı islahatlar aparmaq labüddür. Bələdiyyələrin sayı birləşmə yolu ilə azaldılmalıdır”.
Spiker Sahibə Qafarova deputatdan bu fikirlərini komitə iclasında səsləndirib-səsləndirmədiyini soruşub:
“Çünki sizin çıxışınızda tənqidi məqamlar var. Bununla bağlı ədliyyə nazirinin müavini Vilayət müəllimə sual vermişdiniz?”
K.Bayramov isə qeyd edib ki, məruzə ilə bağlı təkliflər irəli sürüb.
“Elə komitə iclasında bu məsələləri qaldırsaydınız, daha faydalı olardı”, - S.Qafarova cavabında əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya