Müharibənin taleyi həll olunur -AÇIQLAMA
08:42 24.05.2024
Dünya
460
Əgər Rusiya Xarkovu götürsə, Ukrayna mənəvi və fiziki olaraq sınacaq
Rusiya planlaşdırılan vaxtdan əvvəl Ukraynaya ikinci hücuma keçməyə məcbur olub. Bu, ABŞ-dən Ukraynaya yardımın bərpası ilə bağlıdır. Bu barədə ABŞ-nin Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb. Məlumata görə, rus qoşunları mayın 10-da Xarkov vilayətinin şimalında Rusiya-Ukrayna sərhədi boyunca məhdud hücum əməliyyatlarına başlayıb: “Çox güman ki, onlar ABŞ-nin yeni təhlükəsizlik yardımı səbəbindən planlaşdırıldığından daha tez hücuma keçməyə məcbur olublar. Rusiya qüvvələri Xarkovdan şimala və şimal-şərqə ağır piyada hücumları həyata keçirmək üçün məhdud sayda şəxsi heyət ayırıb. Artıq mayın 14-də Xarkov vilayətinin şimalında Rusiyanın hücum əməliyyatlarının tempi səngiməyə başlayıb. Görünür, Rusiya qüvvələri Xarkov bölgəsinə daha dərindən müdaxilə etməkdənsə, beynəlxalq sərhəddə “bufer zona”nın yaradılmasına üstünlük verirlər”. Ukrayna Təhlükəsizlik Xidmətinin istefada olan polkovniki Oleq Starikov deyib ki, Ukrayna Silahlı Qüvvələrinin Çasovoy Yardakı məğlubiyyəti cəbhəni iki hissəyə böləcək: “Rusiya ordusu bu sürətlə Donbass və Xarkov vilayətinin dərinliklərinə doğru irəliləməyə davam etsə, cəbhə dağılacaq, mövqe döyüşləri mobil müdafiəyə çevriləcək, sonra isə Ukrayna böyük ərazilərini itirməyə başlayacaq”. Ukraynanın “Kraken” xüsusi təyinatlı bölməsinin “Draqo” ləqəbli döyüşçüsü danışıb ki, Xarkov vilayətində yeni hücumun ilkin mərhələsində ruslar tamamilə yeni taktikalardan istifadə ediblər. Bu da döyüşün ilk günlərində onların uğur qazanmasının səbəblərindən biri olub. Draqonun sözlərinə görə, o, silahdaşları ilə bir neçə həftə ərzində sərhədin o tayında rus qoşunlarının cəmləşməsini sadəcə izləməyə məcbur olub: "Donor ölkələr tərəfindən Qərb silahlarının Rusiya ərazisində tətbiqinə qadağa qoyulduğuna görə ukraynalıların sadəcə olaraq qabaqlayıcı zərbə endirmək imkanı olmayıb. Orada çoxlu ruslar toplanmışdı və biz onları yolda məhv edə bilərdik, lakin bizdə az sayda ATACMS var idi və onlardan istifadəyə qadağamız olduğuna görə onlar sərhədi keçənə qədər gözləməli olduq".
Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, Xarkov uğrunda döyüş Ukrayna müharibəsinin taleyini həll edəcək. Ekspertin sözlərinə görə, əgər Rusiya Xarkovu götürə bilsə, Ukrayna mənəvi və fiziki olaraq sınacaq, artıq Rusiyanın diktə etdiyi sülh və ya atəşkəs şərtləri danışılacaq:
"Gürcüstan və Ermənistan avtomatik Rusiya idarəsinə keçəcək. Beləliklə, Putin SSRİ 2.0 layihəsini sınıq-salxaq da olsa yekunlaşdıracaq. Əgər Rusiya Xarkovu götürə bilməsə, onda bu uzun mənasız sərhəd döyüşlərinin Rusiyaya bir xeyri olmayacağı ortaya çıxacaq. Qərbdən daimi maliyyə, silah və döyüşçü yardımı alan Ukrayna müharibəni davam edə biləcək. Hətta gələcəkdə daha yüksək texnologiyalı silahlar, aviasiya və uzaqmənzilli raketlər ilə müharibənin gedişi dəyişə də bilər. Hətta Fransa kimi ölkələr cəsarətlənə, Makron Ukraynaya Avropa ordusu göndərmək istəyə bilər. Təsadüfi deyil ki, Çin tərəfinin təqdim etdiyi və Rusiyanın təklif etdiyi həll planında Ukrayna 3 hissəyə bölünürdü. İndi işğal edilən ərazilər və Odessa Rusiyada qalır. Dnepr çayının sol sahili Kiyev mərkəzli müstəqil Ukrayna dövləti olur. Kiyev çayının sağ sahili isə şərqi Kiyev də daxil olmaqla, paytaxtı Xarkov olan neytral, əslində isə Rusiyayönümlü dövlət olur. Hər şey Xarkovdan asılıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya