Qeyri-yaşayış sahələrinin istismarına icazələrin verilməsi asanlaşdırılır
07:54 17.12.2024
Cəmiyyət
490
Azərbaycan Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq qeyri-yaşayış obyektlərinin istismarına icazələrin verilməsinin asanlaşdırılması tədbirləri icra edilir.
Bunu “APA-Economics”ə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov deyib.
“Biz bu Fərmana qeyri-yaşayış sahələrinin amnistiyası kimi baxırıq. Tutaq ki, kənd təsərrüfatı təyinatlı torpaqda qeyri-yaşayış obyekti tikilib, bu halda kateqoriya dəyişməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumların müvafiq razılıqları varsa, hüquqların qeydiyyatı sahəsində bizə müraciət edilir və biz həmin vəsatəti kateqoriya dəyişilməsi üçün Nazirlər Kabinetinə təqdim edirik”, - deyə R.Şahbazov bildirib.
O qeyd edib ki, bu kimi müraciətlər ilkin olaraq FHN-ə təqdim olunur:
“Bizdə olan məlumata görə, 25 minə yaxın hüquq sahibi müraciət edib. FHN-in təqribən 12-13 minə yaxın müraciəti əsasında Dövlət Xidməti tərəfindən yerquruluşu planları hazırlanaraq istismarın sənədləşdirilməsi üçün sistemə daxil edilib. Müvafiq icra hakimiyyəti orqanından və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bizə daxil olan sənədlər əsasında təqribən 1500-ə yaxın mülkiyyət hüququ tanınıb. Proses davam edir. Mürəkkəb məsələlər çoxdur. Əksər hallarda bu tikililər mühafizə əraziləri, mühəndis-kommunikasiya qurğularının əhatə dairəsi və ümumi istifadədə olan ərazilərə düşdüyünə görə, çoxlu təhlillər aparılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm