
Türkoloq-alim: Zəngəzur dəhlizinin açılması Azərbaycanın və TDT-nin gözləntilərinə hesablanıb
12:43 08.10.2025
Siyasət
537
Türk Dövlətləri Təşkilatı (TDT) regionda və beynəlxalq müstəvidə güclənən əməkdaşlıq formatı kimi mühüm rol oynamağa başlayıb. Qarabağ zəfərindən sonra ölkəmizin siyasi, iqtisadi və hərbi sahələrdə qazandığı yeni mövqe, türk dünyasının inteqrasiyasına da əlavə güc qatıb. Qəbələdə keçirilən TDT sammiti və qəbul edilən Qəbələ Bəyannaməsi göstərdi ki, təşkilat sadəcə ideoloji və mədəni birlik deyil, artıq strateji əməkdaşlıq platformasına çevrilmək mərhələsindədir.
Bu kontekstdə Zəngəzur dəhlizi məsələsi də yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının gələcək inkişafı üçün açar rol oynayır. Dəhlizin açılması, TDT məkanında yeni iqtisadi, siyasi və logistik imkanların önünü açacaq.
Türkiyə Xarici İşlər Nazirliyi də 3 oktyabr-Türk Dövlətləri Əməkdaşlığı Günü və təşkilatın təməlini qoyan Naxçıvan Müqaviləsinin 16-cı ildönümü münasibətilə yaydığı təbrik açıqlamasında bu günün qürurla qeyd olunduğunu bildirib. Açıqlamada TDT-nin bölgədə və onun hüdudlarından kənarda sülhə, rifaha və sabitliyə töhfə verməyə davam edəcəyi xüsusi vurğulanır.
AMEA Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərli Sherg.az-a açıqlamasında TDT-nin son illərdə aktivləşməsində, regionda və dünyada güclənməsində Azərbaycanın mövqeyinin ciddi şəkildə hiss olunduğunu söyləyib:

"Azərbaycanın II Qarabağ müharibəsindən sonra qalib çıxması eyni zamanda iqtisadi, hərbi sənayedə də güclənməsi öz sözünü deyir. Bu, TDT üçün də yeni perspektivlər açır. Bu baxımdan Qəbələdə keçirilən TDT-nin növbəti sammitinin nəticələri də uğurludur. Qəbələ bəyənnaməsi də göstərir ki, bu təşkilat artıq yeni mərhələnin astanasındadır. Burada TDT-nin müəyyən mənada gözləmə və müdafiə mövqeyindən daha da irəliyə addımlar atması həm regionda, həm də dünyada öz sözünü deməsi üçün ciddi şəkildə yeni gözləntilər vardı. Zəngəzur dəhlizinin açılması da Azərbaycanın və TDT-nin gözləntilərinə hesablanıb".
Ekspert Azərbaycanın bu dəhlizin açılması ilə həm Türk dünyasına böyük töhvə verəcəyini, həm də təşkilatın daxilində güclü bir mövqeyə gəlib çatacağını vurğulayıb:
"Qəbələ bəyənnaməsində göstərildiyi kimi Zəngəzur dəhlizinin açılması və ABŞ-də Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin paraflanması qanuna uyğundur. TDT də Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı apardığı siyasəti dəstəkləyib. Zəngəzur dəhlizinin gerçəkləşməsindən sonra sözün həqiqi mənasında həm Azərbaycan, həm də TDT yeni bir mərhələyə qədəm qoyacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm