Baş Prokurorluq BMT-nin qurumu ilə birgə təlim təşkil edib
Baş Prokurorluq BMT-nin qurumu ilə birgə təlim təşkil edib
11:21 24.01.2024
Sosial
477
Baş Prokurorluq və Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) birgə təşkilatçılığı ilə Baş Prokurorluqda “İnsan alverinə qarşı mübarizə sahəsində qurumlararası əməkdaşlıq və əsas strateji tərəfdaşlarla mübadilə” mövzusunda təlim keçirilib.ğ
Baş Prokurorluqdan verilən xəbərə görə, tədbirin açılış mərasimində Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev çıxış edərək ölkəmizdə insan alverinə qarşı mübarizəyə və cinayət qurbanlarının reabilitasiyasına xüsusi önəm verilməsi, bu sahədə görülmüş işlər və qəbul edilmiş qanunvericilik və normativ aktlar, Milli Fəaliyyət planları, istintaq olunan cinayət işləri barədə iştirakçılara məlumat verib.
Sözügedən seminara hakimlər, prokurorluq, daxili işlər orqanlarında insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən əməkdaşlar və BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin ekspertləri cəlb olunub.
Tədbir çərçivəsində BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının və həmin Konvensiyaya əlavə “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolunun səmərəli həyata keçirilməsi üzrə potensialının artırılması, o cümlədən insan alveri cinayətlərinə qarşı mübarizənin daha da təkmilləşdirilməsi və cinayət işləri kontekstində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində qarşılıqlı təqdimatlarla çıxışlar edilib, mövzu ətrafında səmərəli müzakirələr aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol