Mehriban Zeynalova: “Ola bilər, öz ölkəsinə qayıtsın, ya da sənədləri düzələrsə, burada qalıb işləyə bilər...”
Yusif Nəzərli
05:10 25.01.2024
Sosial
420
Efiopiyalı qadın Bakıda işsiz qalıb
Sığınacağa yerləşdirilən əcnəbiyə kömək etməyə çalışırlar
Bakıda "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına afrikalı qadın yerləşdirilib. Bu barədə sığınacağın sosial şəbəkə hesabında paylaşım edilib. Qeyd olunur işi, əcnəbi xanım ölkəyə dayə işi üçün gətirilsə də, sonradan onunla işləməkdən imtina edilib: "Vətəndaşımız qadını dayə işləmək üçün ölkəmizə dəvət edib. Qadın ölkəyə gəldikdən sonra onu dəvət edən şəxs fikrindən daşındıqlarını, artıq dayə istəmədiklərini bildirib. Hazırda əcnəbi vətəndaş sığınacağımızdadır və çalışırıq onu düşdüyü vəziyyətdən çıxarmaq üçün əlimizdən gələni edək”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qadın efiopiyalıdır:
- Bu qadın efiopiyalıdır, bir müddət Birləşmiş Ərəb Əmirliklərində - Dubayda işləyib. İşi başa çatdıqdan sonra öz ölkəsinə qayıtmaq istəməyib. Bir nəfər azərbaycanlı ilə əlaqə saxlayıb, razılaşıblar ki, gəlsin Azərbaycana, burada ona uyğun iş veriləcək. O da gəlib. Lakin görünür, qarşı tərəf sənədləri düzəldə bilməyib. O səbəbdən də qadın işsiz qalıb. Beynəlxalq təşkilatlar bir müddət ona dəstək veriblər. Bizdən xahiş etdilər, onu sığınacağa yerləşdirək. Ona kömək etməyə çalışırlar. Dövlət Miqrasiya Xidmətinə məlumat verilib. Hazırda danışıqlar aparılır. Ola bilər, öz ölkəsinə qayıtsın, ya da sənədləri düzələrsə, burada qalıb işləyə bilər, qanunun izn verdiyi şəkildə.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol