
Psixoloq: Bu gün gənc anaların uşaqla məşqul olmağa səbri yetmir
09:57 05.03.2025
Sosial
438
Sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli bildirib. Qeyd olunub ki, aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.
Polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən anası saxlanılıb və barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma aparılır.
Psixoloq Samirə Bağırova “Sherg.az”a bildirib ki, evlənən insanların hamısı sağlam psixikaya sahib deyillər:

“Bir çox halda bunu valideynlər özləri bilsə də, əfsuslar olsun ki, “ ərə gedər düzələr, evlənər düzələr, bir uşaq dünyaya gətirər düzələr” düşüncəsi ilə sadəcə başlarından edirlər. Bu gün gənc anaların uşaqla məşqul olmağa səbri yetmir. Keçmiş qadının ən böyük nailiyyəti ərə getmək, uşaq dünyaya gətirmək idisə, bu günün qadını uşağa görə özünü inkişafdan qalmış kimi hiss edir, tükənmə sindromu yaşayır. Çünki valideynlər qız uşaqlarına gələcəyin anası, xanımı deyil, uğurlu iş qadını, varlı kişiyə ərə getmək kimi öz arzularını köçürüblər. Ən böyük tətikləyici dəstək isə seriallardan, sosial şəbəkələrdən gəlir. Qadının bu davranışına psixoloji pozuntu deyib keçmək vəziyyəti yüngülləşdirmək, məsuliyyəti üzərindən atmaqdır. Çünki “ psixologiyam yerində deyil “cümləsi də dəb halı alıb artıq. Hər kəs etdiyi əməlin cəzasını çəkməli, təhsil sistemi isə tamamilə dəyişməlidir. Nə qədər ki, məktəblərdə əvvəllər olduğu kimi əmək təlimi, idman təlimi, əxlaq, davranış təlimləri keçirilməyəcək, tək ailə tərbiyəsi ilə yetişənlər hələ çox əməllər törədəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət