Heç kimi məcburi vəzifəyə təyin etmirlər
Yusif Nəzərli
06:27 27.07.2022
Cəmiyyət
606
İşi bacarmayan icra başçıları özləri geri çəkilməlidirlər
Prezident İlham Əliyev bir neçə rayona yeni təyin etdiyi icra başçılarını qəbul edərkən həm onlara, həm də bütün icra başçılarına, dövlət məmurlarına ciddi tapşırıqlar verdi. Dövlət başçısı qazilər və şəhid ailələri ilə bağlı yerli məmurlara sərt xəbərdarlıq etdi. Ölkə rəhbəri yeni başçılara düzgün işləməyən rayon rəhbərlərinin təcrübəsini xatırladaraq onlara korrupsiyaya yol verməməyi, başçılıq etdikləri rayonun problemlərinin həllinə çalışmağı tapşırdı. Prezident icra başçılarına çağırış edərək, problemlərin yerlərdə, yerindəcə həll olunmasının vacibliyindən danışdı:
“Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq”.
Dövlət başçısının növbəti xəbərdarlığını “Şərq”ə dəyərləndirən millət vəkili Razi Nurullayev bildirib ki, problemlərin yerində həll olunması ən düzgün variantdır. Deputatın sözlərinə görə, əgər problemlər və şikayətlər Prezident Administrasiyasına, Milli Məclisə daxil olursa, demək ki, yerlərdə həll edilmir:
“Yerlərdə problemlər ya az sayda həll edilir, yaxud yarıtmaz səviyyədə, yarımçıq çözülür. Məsələ ondadır ki, yerlərdə nəinki problemlər həll edilir, əksinə, sayları daha da çoxaldılır. Əgər bir gündə 10 məsələ həllini tapırsa, ən azı 50 problem üzə çıxır. Özü də problemlər sadə vətəndaşlara, iş adamlarına, statusundan asılı olmadan hər kəsə yaradılır. Problemlər artan xətt üzrə gedir. Söhbət ancaq rayonlardan yox, həm də şəhərlərdən gedir. Bakının bütün rayonlarında çətinliklər var. Hər yerdə, bütün səviyyələrdə problemlər özünü göstərir və onları sadəcə icra hakimiyyətləri yaratmır. Müxtəlif qurumlar böyük ölçüdə problem çıxarırlar. Cənab Prezident hər dəfə xəbərdarlıq etdikdə, müəyyən zaman üçün məsələ düzəlir. Bir müddət sonra eyni təfəkkür, yanaşma və qanun pozuntuları ortalığa çıxır. Dövlətin müvafiq orqanları, ölkə rəhbərinin təyin etdiyi şəxslər üzərlərinə götürdükləri məsuliyyəti dərk etməlidir. Kimsə bacarmırsa, özü imtina etsin, yaxud vəzifədən əl çəksin. Heç kimi məcburi qaydada vəzifəyə təyin etmirlər, üzərinə məsuliyyət yükləmirlər. Əksəriyyət öz arzusu, istəyi ilə, hətta qurban kəsməklə, Allaha yalvarmaqla vəzifə tələb edir, hansısa posta iddialı olur. Yəni bütün vasitələrdən istifadə edirlər ki, vəzifəyə sahib olsunlar. Anlamırlar ki, vəzifə onlara özləri üçün, şəxsi varidatlarını artırmaları üçün verilmir”.
Parlament üzvü vurğulayıb ki, Prezidentin təyin etdiyi məmurlar dövlət başçısının etimadını doğrultmalıdır: “Əgər doğrultmursa, ciddi problemdir və bağışlanmazdır. Nazirlər, komitə rəhbərləri və onların müavinləri, digər dövlət məmurları yerlərdə qəbullar keçirirlər, vətəndaşların problemlərini dinləyirlər. Sonra həmin qurumlar elan edirlər ki, 50 nəfər qəbul edildi və 40 nəfərin problemi yerindəcə həll olundu, 10 məsələ aidiyyəti üzrə nəzarətə götürüldü və s. Necə olur ki, bölgələrə müvəqqəti səfər edən nazirlər, komitə rəhbərləri yüzlərlə problemi yerindəcə həll edə bilir, amma yerli qurumlar, icra hakimiyyətləri vətəndaşların problemlərini illərlə saxlayırlar?! Belə çıxır ki, ya nazirlər yerlərdəki problemləri qanunsuz şəkildə həll edirlər, yaxud da yerli məmurlar yerində deyil. Məsələ bu qədər sadədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət