Emin Həsənli: “Ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu danılmazdır”
Yusif Nəzərli
14:10 28.07.2022
Cəmiyyət
535
“Dövlət sirrini qorumaq və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun davranmaq hər birimizin borcudur”.
Bu fikirləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib.
Onun sözlərinə görə, Azərbaycanın hazırkı durumunda Silahlı Qüvvələrdə gedən prosesləri çılpaqlığı ilə istər KİV-də, istərsə də sosial şəbəkələrdə yaymaq məqsədə müvafiq deyil:
“Biz Vətən müharibəsində qalib gəldik. Amma bizim bu qələbəmizi həzm edə bilməyən qüvvələr var. Eyni zamanda düşmən də revanş hissləri ilə yaşayır.
Bununla yanaşı son zamanlar ordunun daha mükəmməl duruma gətirilməsi üçün müəyyən islahatlar və kadr dəyişikliyi həyata keçirilir. Yeni komando briqadaları yaradılması və digər işlər görülür. Belə bir durumda Silahlı Qüvvələrin nüfuzuna xələl gətirəcək informasiyalar görülən işlərə kölgə sala bilər.
Bu isə indiki durumda nə Azərbaycan dövlətinin, nə Azərbaycan vətəndaşını maraqlarına cavab vermir. Buna görə də diqqətli olmaq lazımdır”.
Emin Həsənli Azərbaycan odusunun sağlamlaşması prosesində informasiya resurslarının rolunu yüksək qiymətləndirir:
“Əlbəttə ki, istər dövlətin, istərsə də dövlətin mühüm sütunu olan ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu danılmazdır. Amma bu resurslardan düzgün və dövlət maraqlarına uyğun istifadə olunması çox vacibdir. Hər bir vətəndaşın, hər bir informasiya resursu ilə işləyən jurnalistin, blogerin vəzifəsidir ki, Azərbaycan ordusunun, Ali Baş Komandanın nüfuzunu yüksək tutsun.
Bunun üçün əlindən gələni etsin. Hesab edirəm ki, həm jurnalistlər, həm də sosial şəbəkə istifadəçiləri Azərbaycan Respublikası Baş Prokurorluğunun xəbərdarlığından düzgün nəticə çıxaracaq və bundan sonra belə xoşagəlməz hallar yaşanmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə