Fransa KİV: “... Qarabağ Azərbaycanın suveren hissəsidir”
Yusif Nəzərli
12:23 01.05.2023
Siyasət
461
Ötən həftə Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanda və Ermənistanda səfərdə olub.
Oxu.Az-ın məlumatına görə, Fransanın “L'Opinion” qəzeti bu səfərin məqsədi və ümumiyyətlə regionda baş verənlər barədə məqalə hazırlayıb.
“Bakının nöqteyi-nəzərindən Fransa ermənipərəst mövqeyinə görə “vicdanlı vasitəçi” sayıla bilməz. Fransa xarici işlər nazirinin son altı ildə ilk səfəri də məhz Azərbaycanla mürəkkəb münasibətlərin bərpasına yönəlib”, - deyə məqalədə vurğulanıb.
Müəllifin sözlərinə görə, fransalı nazirin Qafqaz ölkələrinə səfəri Rusiyada mənfi qarşılanıb və o, Moskvanın vasitəçilik səylərinə mane olmaqda ittiham edilib.
Nəşrdə 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərə də toxunulub.
“2022-ci il oktyabrın 6-da Praqada keçirilən görüşdə tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını bəyan etdilər”, - deyən müəllif ermənilərin separatçı istəklərinə baxmayaraq, beynəlxalq hüquqa görə, Qarabağın Azərbaycanın suveren hissəsi kimi tanındığını vurğulayıb.
“Hazırda, Ermənistana görə, Qarabağda yaşayan ermənilərin sayı 120 minə yaxındır, ancaq rəsmi Bakı bunun dəfələrlə az olduğunu açıqlayıb. Bundan başqa, Bakı Ermənistanın 2020-ci il sazişinə zidd olaraq hələ də Qarabağda 10 min nəfərlik hərbi kontingent saxladığını bəyan edib”, - deyə məqalədə qeyd olunur.
Müəllif sülh müqaviləsinin bağlanması üçün hazırda bir neçə məsələnin müzakirə olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bunlardan birincisi Sovet İttifaqı dönəmində müəyyənləşdirilmiş sərhədlərin dəqiq demarkasiyasıdır.
Müəllif İrəvanın istəyi və Fransanın təşəbbüsü ilə Aİ-nin monitorinq missiyasının yaradıldığını xatırladıb və bildirib ki, Bakı İrəvanı Aİ monitorinq missiyasından öz dağıdıcı fəaliyyəti üçün qalxan kimi istifadədə ittiham edir.
Müzakirə olunan ikinci məsələ kimi Bakının Qarabağda ermənilərin öz hüquqlarına, mədəniyyətinə, tarixinə hörmətlə bu ərazidə yaşamaq hüququna təminat verdiyi vurğulanıb və bu formulun Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutduğunu qeyd edilib.
Masaya qoyulan üçüncü məsələnin kommunikasiya marşrutlarının açılması - Ermənistanla Qarabağ arasında təkcə Laçın yolunun deyil, həm də Naxçıvanla quru əlaqəsi üçün Zəngəzur nəqliyyat dəhlizinin açılması və istifadəyə verilməsi olduğu bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm