Qriqoryanın meyitinə hökm oxundu: əmlakı müsadirə edildi
20:01 27.11.2023
Gündəm
467
Ermənistanın keçmiş deputatı, "Yerkrapah" könüllülər cəmiyyətinin keçmiş rəhbəri, mülki azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə seçilən “general-leytenant” Manvel Qriqoryan və onun arvadı Nazik Əmiryanın işi üzrə məhkəmə hökmü elan edib.
Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, onlar bir sıra cinayətlərdə ittiham ediliblər. Hökmə əsasən, Qriqoryanın (ölümündən sonra) 1 milyard 800 milyon dram məbləğində pulu, 8 avtomobili, “Əsgər payı” etiketli daha 8000 ədəd ərzaq, geyim forması və dərman preparatları “Yerkrapah” könüllülər cəmiyyətinə veriləcək. Məhkəmənin qərarı ilə bu iş üzrə zərərçəkmişin hüquqi varisi Q.Torosyan Vaqarşapatdakı yanacaqdoldurma məntəqəsini geri alacaq.
Nazik Əmiryandan 101 milyon dramdan çox pul müsadirə olunacaq, onun hesabları, daşınar və daşınmaz əmlakına hökm icra olunana qədər nəzarət olunacaq.
Qeyd edək ki, Qriqoryan mülki azərbaycanlılara qarşı qətliamlar həyata keçirməsi ilə tanınırdı. O, 44 günlük savaş zamanı Xankəndiyə gəlsə də, Azərbaycan Ordusunun ardıcıl qələbələrini eşidərək, insult keçirmiş və xərəkdə İrəvana qaytarılmışdı. Ermənistanın kapitulyasiyasından az sonra - 2020-ci ilin 19 noyabrında İrəvanda da öldü. 2021-ci ilin yanvarında isə onun məzarına gedən doğmaları qəbrin açıldığını, qatilin meyitinin çıxarılaraq, yaxınlığa atıldığını görmüşdülər.
Onun barəsində cinayət işi 44 günlük savaşdan öncə başlamışdı. Prokurorluq onun bütün əmlakı üzərinə həbs qoymuşdu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat