DTX dövlətə xəyanətdə ittiham olunan Azər Bağırovu Azərbaycana gətirib
Yusif Nəzərli
05:10 11.02.2025
Hadisə
301
Bakı şəhəri Səbail rayon məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı Bağırov Azər Akif oğlu barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə prosesi keçirilib.
APA-nın əldə etdiyi məlumata görə, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan Azər Bağırov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində İordaniya Haşimilər Krallığı ərazisində tutularaq Azərbaycan Respublikasına gətirilib.
Ətraflı
Ad - 00:02
İş materiallarından məlum olur ki, xarici ölkənin xüsusi xidmət orqanı 3-cü ölkələrdə hazırladığı təxribat hadisələrində iştirakını büruzə verməmək üçün Azərbaycan vətəndaşı kimi Azər Bağırovu cəlb edib. Azər Bağırov isə öz Azərbaycan Respublikasının vətəndaşı statusundan xarici xüsusi xidmət orqanının xeyrinə və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə etməklə xaricdə dövlətimizin maraqlarına qəsdən ziyan vurub, casusluq fəaliyyəti ilə məşğul olub.
Məhkəmə Bağırov Azər Akif oğlu barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə