
Ermənistan qətiyyətli qərar verib: Rusiyasız Zəngəzur dəhlizinin açılmasına ikiəlli razıdır
Yusif Nəzərli
09:44 05.07.2025
Cənubi Qafqaz
549
Ermənistan, Azərbaycan və Türkiyə arasında yeni uğur planı hazırdır
Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Türkiyə və Ermənistan arasında əldə edilmiş razılaşmanın məxfiliyi ləğv edilib. Bu iddia ilə "Hraparak" qəzeti çıxış edib. Erməni nəşrinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın iyunun 20-də Türkiyəyə səfərində dəhlizin açılması məsələsi razılaşdırılıb: "Son günlər KİV-də həmin səfər zamanı əldə olunan razılaşma məxfilikdən çıxarılır. Məlumata görə, Ermənistan, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizi layihəsi üzrə razılığa gəlib ki, bu da regional geosiyasət və nəqliyyat şəbəkələrində ciddi dəyişikliyə səbəb ola bilər. İyulun 3-də ABŞ-nin planının da məxfiliyi ləğv edilib. Bu plana görə, dəhlizə nəzarət özəl ABŞ şirkətinə veriləcək. Həmçinin bu plana əsasən, Rusiya dəhlizə nəzarətdən kənarda qalacaq". "Hraparak" qeyd edib ki, ABŞ-nin planı anti-Rusiya xətti tutan Ermənistan hakimiyyətinin maraqlarına uyğundur.
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan Sherg.az-a deyib ki, Zəngəzur dəhlizi məsələsində həll yolları çoxdur. Lakin ekspert düşünür ki, əsas və ən uyğun variant qeyd olunan formadır:

"Məlumata görə, Zəngəzur dəhlizinin tranzit termini ilə əvəzlənməsi və Azərbaycandan Azərbaycana yolun açılmasının mümkünlüyü barədə razılıq var. Lakin bunun nə dərəcədə dəqiq olub-olmaması rəsmən bəyan olunmayıb. İran və Rusiyanın ölkəmizə qarşı müştərək təzyiqləri artırması bu razılaşmanın real olduğuna dəlalət edir. Bu kimi razılıqların əldə olunması, yaxud başqa variantların həll yolu kimi nəzərdən keçirilməsi və Türkiyədə görüşlərin olması təbiidir. Həm Azərbaycan, həm də Ermənistan müstəqil ölkədir və aralarında vasitəli, yaxud vasitəsiz anlaşma, razılaşma əldə etmək hüququna sahibdirlər. Buna Rusiya, İran və ya başqa ölkə müdaxilə edə bilməz. Çünki bu danışıqların, razılaşmaların məqsədi ölkələr arasında sülhün və regionda sabitliyin davamlı olmasına xidmət edir. Heç bir başqa ölkənin də təhlükəsizliyinə, maraqlarına qarşı deyil".
T.İrfan əlavə edib ki, İranın Ermənistandakı səfirinin Azərbaycana qarşı əsassız və təxribatçı ittihamlarının, İsrailin guya İranı vurarkən hava məkanımızdan istifadə etməsi iddiasının kökündə Ermənistanla əldə edilməkdə olan sülh anlaşması durur: "Rusiyanın soydaşlarımıza qarşı qanunsuz addımlar atması və Ermənistanda kilsəni hökumətin üstünə qaldırma cəhdləri də sözügedən anlaşmalara mane olmaq məqsədi daşıyır. Paşinyanın Türkiyə səfəri Rusiyanı narahat etdi. Zəngəzurla bağlı əsas maneə isə Ermənistandan deyil, İran və Rusiyadandır. Rusiya özünün iştirakı olmadan bu dəhlizin açılmasını istəmir, İran isə ümumiyyətlə əleyhinədir. Lakin Ermənistan qətiyyətli qərar verib bu müdaxilələri rədd edərək yekun rəyini ortaya qoyursa, şübhəsiz, burada nə İranın, nə də Rusiyanın etirazı önəm kəsb edər. Ələlxüsus, işin içində Türkiyə varsa, pozucu təsirlərin olması inandırıcı deyil. İstər gizli, istər açıq razılıq olsun, bu, ölkələrimizin haqqıdır və sülhə, inkişafa xidmət edir. Belə bir razılığın olması labüddür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də F-35B döyüş təyyarəsi qəzaya uğrayıb
02:15 02.08.2026
Dünya
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya