
Kiberhücumlar artır: “WhatsApp” hiyləsi ilə şirkət rəhbərlərindən pul tələb olunur
Yusif Nəzərli
12:06 21.09.2025
Texnologiya
1946
Son günlər Azərbaycanda kibertəhlükəsizliklə bağlı narahatedici halların artdığı müşahidə olunur. Xüsusilə də böyük şirkətlərin korporativ “WhatsApp” nömrələrinin kibercinayətkarlar tərəfindən ələ keçirilməsi diqqət çəkir.
Belə hallarda fırıldaqçılar şirkət adından əlaqələr qurur, işgüzar yazışmalara müdaxilə edir və rəhbərliklə əməkdaşları şantaj etmək üçün bu imkanlardan istifadə edirlər.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Sherg.az-a açıqlamasında bildirib ki, bu, təkcə şirkətlərin reputasiyası və maliyyəsi üçün deyil, həm də müştəri məlumatlarının təhlükəsizliyi baxımından ciddi riskdir:

"Hücum sxemi adətən sosial mühəndislik, fişinq linkləri və ya aldadıcı təsdiq mesajları vasitəsilə həyata keçirilir. Nömrə ələ keçirildikdən sonra şirkət rəhbərliyindən pul tələb olunur və məlumatların yayılması ilə hədələnirlər. Azərbaycan qanunvericiliyinə görə, bu əməllər ağır cinayət hesab olunur və ciddi cəzalar nəzərdə tutur.
Şirkətlər özlərini qorumaq üçün ilk növbədə iki mərhələli təsdiqləmə funksiyasını aktiv etməli, korporativ nömrələrə cavabdeh əməkdaşları maarifləndirməli və şübhəli mesajlara qarşı diqqətli davranmalıdır. Eyni zamanda, “WhatsApp Web” sessiyaları mütəmadi izlənilməli, şübhəli girişlər dərhal bağlanmalıdır. Hücuma məruz qaldıqda isə hüquq-mühafizə orqanlarına vaxtında müraciət etmək, cinayətkarlara heç bir ödəniş etməmək və bütün sübutları toplamaq zəruridir.
Bu hadisələr bir daha göstərir ki, rəqəmsal təhlükəsizlik artıq hər bir qurumun əsas prioritetlərindən biri olmalıdır. Proseslərin və kommunikasiya kanallarının mühafizəsi yalnız texniki tədbirlər deyil, həm də davamlı maarifləndirmə və təşkilati intizam tələb edir. Azərbaycanın rəqəmsal mühitində belə halların qarşısının alınması üçün həm dövlət qurumlarının, həm də özəl sektorun birgə mübarizəsi vacibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat