- İndiki gənc xanəndələrin muğamlarımızı düzgün oxumadıqları deyilir. Adamı və imkanı olan gənclərin efirə çıxarıldığı söylənilir. Bu baxımdan, seçimlərin aparılması tələb edilir. Bu barədə nə deyə bilərsiniz?
Elnarə Abdullayeva: "Gənc xanəndələrə qulaq asmıram"
17:54 23.11.2019
Şou
604
Xanəndə, Əməkdar artist Elnarə Abdullayeva Oxu.az-a müsahibə verib. Müsahibəni istinadla təqdim edirik:
- İndiki gənc xanəndələrin muğamlarımızı düzgün oxumadıqları deyilir. Adamı və imkanı olan gənclərin efirə çıxarıldığı söylənilir. Bu baxımdan, seçimlərin aparılması tələb edilir. Bu barədə nə deyə bilərsiniz?
- O, bizim işimiz deyil. Onlara qiymət verənlər var. Bu işi görənlər hər şeyi nizamlayıb sonra düzgün qiymət verir.
- Ümumiyyətlə, indiki gənc xanəndələrin ifalarını necə qiymətləndirirsiniz?
- Əla. Muğamla məşğul olanları niyə yaxşı qiymətləndirməyim ki? Hamısı çox yaxşıdır.
- Özünüzün şəxsən qulaq asdığınız gənc xanəndələr var?
- Yalan deyə bilmərəm. Yoxdur. Keçmiş muğam ifaçılarımıza qulaq asıram. Amma gənc ifaçılarla proqramlarda düetlər oxuyuruq.
- Hazırda bir çox xanəndələrin canlı oxuya bilmədiyi və fonoqram ifa etdiyi deyilir. Deyilənlərlə razısınız?
- Muğam elə bir musiqi növüdür ki, onu fonoqramla oxumaq mümkün deyil. Kimsə mahnının arasında bir beyt kimi muğamı fonoqramla oxuya bilər. Amma muğamı kimsə başdan ayağa aparat vasitəsilə ifa edə bilməz. Kim “Şur dəstgahı”nı başdan ayağa fonoqram oxuya bilər? Onu kim deyirsə, yalan deyir.
- Hazırda estrada mahnılarda muğam ifa edilməsi dəb halını alıb. Bunu necə dəyərləndirirsiniz?
- Bu, bizim genetikamızda var. Estrada ifaçılarının muğam ifa edə bilmələri yaxşıdır. Aşıq mahnısı belə ifa edə bilərlər. Hər iki janrı bilməsələr, olmaz. Başqa musiqi oxumurlar ki? Hamısı oxuya bilər. Estrada oxuyanların muğamdan, xanəndələrin isə estradadan anlayışı olmalıdır. Bunun nəyin pisdir? Hər şeyin öyrənilməsi xeyirdir.
Muğam və aşıq musiqisi xalqındır. Azərbaycan musiqisinin bir anası və bir atası var. Atası aşıq musiqisi, anası isə muğamdır. Hər ikisini bilmək lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm