Nisə Qasımova: "Məndən ailə xanımı olmaz"
15:36 12.11.2019
Şou
925
“Yollarım kəsilirdi, qadağalar qoyulurdu. Bilmirdim bunu kim edir. Moskvada haqqımda yazılar çıxmışdı. Məni “Lirik mahnıların kraliçası” adlandırmışdılar. Biz Ələkbər Tağıyevlə çalışdıq ki, bunları gündəmə gətirməyək. Çünki Sənət camiəmizdə bir kraliça var idi – Şövkət Ələkbərova”.
Axşam.az xəbər verir ki, bu sözləri “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramında Xalq artisti Nisə Qasımova deyib.
O, sənətə yeni gəldiyi dövrdə başqa bir ifaçıya olan heyranlığından və qarşılaşdığı münasibətdən söz açıb:
“Bir müğənnini görmək, rastlaşmaq istəyirsən. “Ay allah, necə ətir vurmuşdu, saçları necə qəşəng idi, əlləri nə gözəldir” və sairə deyirsən. Bu cür ab-hava ilə yaşayan bir insana qapaz vururlarsa, qapazdan ayılmamış kürəyindən bıçaqlayırlarsa, onun qolunu, qabırğasını, qıçını sındırırlarsa, bu adam necə qalxsın? İçində fəryadlarlar, oxumaqlar... Yaxşı ki, Moskvaya getdim. Kimsə deyir acıq etdi, oxumağa getdi. Oradan qayıdandan bəri bütün mahnılarım etirafdır – “Məni satdın nəfsinə”, “Qayıtdım”, “Şəhanə sevgi”, “Korun fəryadı”. Bu mahnılar içimdəki fəryadım idi. Bu barədə nə mətbuatda, nə də telekanallarda danışa bilərdim. İndiki kimi deyildi”.
Sənətçi sevgi münasibətinin alınmaması barədə də danışıb:
“Alınmadı. Çəkdiyim əziyyətlər mənə yaxşı mahnılar qazandırdı, şəhanə sevginin nə olduğunu bildirdi. Hansı müğənni qadın istəməz ki, onun həyat yoldaşı, başının sahibi olsun? Bəxtim orada gətirdi ki, yaxşı ailənin övladı oldum. Bunlar şərtdir. Bacılarım, qardaşlarım məni danlayır, mühakimə edirdilər. Bugünədək beynimdə qalıb. Bununla barışdım. Ona görə ki, özüm də hiss etdim ki, məndən yaxşı ailə xanımı olmaz. Həssasam, daha çox hisslərimlə və qəlbimlə yaşayıram. Sırf ağlı ilə yaşayan insanlar planlı olurlar”.
N.Qasımova bildirib ki, bəzi sənətçilər ona biganə yanaşır:
“Adımı çəkməyə qorxurlar. Desinlər ki, pis oxuyur. Adam axtarıram ki, onlarla polemikaya girim. Tanınmış şəxslərdən biri məni görəndə “Nisə xanım, sizdən yoxdur” deyirdi. İndi yanımdan elə ötmək istəyir ki, guya, bu böyük sənətkardır. Adama ağır gəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm