
SƏRT AÇIQLAMA:“23 fevral “kişilər günü” deyil, ideoloji təxribatdır”
Yusif Nəzərli
12:26 23.02.2022
Siyasət
773
Keçmiş SSRİ-də fevralın 23-ü ordu günü kimi qeyd olunurdu. Belə ki,yenicə formalaşmaqda olan Qırmızı Qvardiya hissələri 1918-ci ilin 23 fevralında Pskov yaxınlığında almanlarla üz-üzə gəlib.Qırmızı Qvardiya ilk dəfə iştirtak etdiyi döyüşdə almanların hücumunu müvəffəqiyyətlə dəf edib.Bu qələbədən sonra -1923-cü ildə Sovet İttifaqı qurulduqda 23 fevralı Qırmızı Ordunun yarandığı gün kimi qeyd etməyə başlayıblar.
Sovet İttifaqının dağılmasından sonra müttəfiq respublikaların əksəriyyəti öz Milli Ordu gününü qeyd etsələr də ,bəzi ölkələr sovet ənənəsini qoruyub-saxladılar. Hazırda 23 fevral Rusiyada “Vətən Müdafiəçiləri Günü” adı altında dövlət bayramı kimi keçirilir. Belarus, Qırğızıstan və Tacikistada da 23 fevral rəsmi səviyyədə qeyd edilir.Ölkəmizdə isə hələ də bu tarix əhalinin bir hissəsi tərəfindən qeyri-rəsmi şəkildə “kişilər günü” kimi qəbul edilir.

Tarixçi alim Boran Əziz 23 fevralın bayram kimi qeyd olunması ilə bağlı “Sherg.az”a danışarkən bilidirib ki, Sovet işğal təfəkkürü hələ də bəzi insanların beynində qalıb:
“Bu ideoloiji təxribatdır. Bizim vaxtilə torpaqlarımızı işğal edən,on minlərlə günahsız vətəndaşlarımızı öldürən bir ordunun yaradılması gününü qeyd etmək böyük bir səhvdir”.
Torpaqlarımızı işğal edən,daha sonra onların bir hissəsini başqa dövlətlərin tərkibinə qatan,ərazimizdə işğal rejimi quran bir ordunun yaranmasını necə “kişilər günü”kimi qeyd edə bilərik axı?!”.
B.Əziz diqqətə çatdırıb ki, indi bu ordu sadəcə lənətlə yad edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya