Bələdiyyə seçkiləri noyabrın sonunadək elan ediləcək - RƏSMİ
11:48 04.11.2024
Siyasət
424
Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix noyabrın sonunadək elan olunacaq.
Sherg.az xəbər verir ki, bu barədə “Reporta”a eksklüziv açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.
MSK sədrinin müavini qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.
"Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Kollegial orqan kimi Mərkəzi Seçki Komissiyasında aparılan müzakirələrdən sonra bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada bu il noyabrın sonunadək elan olunması qənaətinə gəlinib" - deyə, R.Qasımov bildirib.
Qeyd edək ki, digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir. Bu seçkilər hər 5 ildən bir dekabrın 23-də keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət