
Vəziyyət gərgindir: Trampın müharibəni bitirməsi o qədər də asan olmayacaq
12:22 14.01.2025
Dünya
396
“Bloomberg“də dərc edilən məlumata görə Avropada Donald Trampın Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməyəcəyini düşünürlər. Bildirilir ki, belə bir qənaət D. Trampın komandasının üzvləri ilə müzakirələrdən sonra formalaşıb. Məqalədə ABŞ-nin yeni Administrasiyasının müharibədən ciddi ziyan çəkən Ukraynanın həm döyüş, həm də siyasi meydandakı mövqeyini gücləndirməyə kömək edəcəyi ehtimal olunur. Ona da diqqət çəkilir ki, vəzifəsinin icrasına başlamağa bir həftə qalmış D. Trampın Rusiya ilə müharibə taktikası hələ də geniş ictimaiyyətə məlum deyil. Çünki Tramp Administrasiyasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı tutarlı plan yoxdur. Həmin məsələ yalnız D. Trampın andiçmə mərasimindən sonra aydınlaşacaq. Əgər o seçkiöncəsi vədini yerinə yetirib müharibəni tez bir vaxtda bitirməyə nail olsa, bu heç şübhəsiz ki, Kiyevin mövqeyini arxa plana keçirərək, Rusiya prezidenti Vladimir Putinə dəstəyi özündə ehtiva edəcək. İtaliyanın Baş naziri Ciorcia Meloni isə hesab edir ki, D. Trampın əlində Rusiyaya qarşı həm siyasi, həm də hərbi ram etmə üsulundan istifadə üçün unikal imkan mövcuddur. Bir qədər əvvəl Trampın Ukrayna məsələsi üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib ki, Ukrayna münaqişəsi Trampın hakimiyyətinin ilk 100 günü boyunca həll edilməlidir.
Siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a söyləyib ki, Donald Trampın müharibəni bitirməsi o qədər də asan məsələ deyil:

“Çünki vəziyyət kifayət qədər çətin və gərgindir. Həmçinin Rusiyanın hərbi imkanları Ukraynadan yüksəkdir və rəsmi Moskvanın üstünlüyü daha çoxdur. Hazırda həm Ukrayna, həm də Rusiyaya xarici güclər kömək olurlar. Lakin Rusiyaya göstərilən dəstək daha səmimi və inandırıcıdır. Donald Tramp hakimiyyətə gəldikdən sonra şübhəsiz ki, müharibəni bitirməyə səy göstərəcək. Çünki Trampın savaşı bitirməsi Rusiya-ABŞ münasibətlərinin normallaşması və iqtisadi əlaqələrin inkişafı baxımından mühimdir. Müharibənin 2025-ci ildə bitməsiylə bağlı müəyyən iddialar var. Hətta Ukrayna prezidenti Vlodimir Zekenski də bildirmişdi ki, bu il müharibəni başa çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Əgər müharibə bu il bitsə, bu ABŞ-nin rolu sayəsində mümkün ola bilər. Amma burada Türkiyə faktorunu da unutmamalıyıq. Rusiyanın danışıqlara razı salınmasında Türkiyənin əhəmiyyətli rolu olacaq. Bu isə mümkün danışıqlar prosesində Vaşinqton və Ankaranın kordinasiyalı hərəkət etməsi deməkdir. Donald Trampın Rəcəb Tayyib Ərdoğanın ünvanına səsləndirdiyi müsbət mesajlar da deməyə əsas verir ki, Türkiyə və ABŞ müxtəlif regionlarda, o cümlədən Şərqi Avropada birgə hərəkət edəcəklər”.
Ekspert qeyd edib ki, Donald Trampın dövründə müəyyən qədər Ukraynaya göstərilən dəstəyin azalacağını düşünür:
“Bununla belə vəziyyət elə olacaq ki, Ukrayna tam məğlub rolunda danışıqlara getməyəcək. Ukrayna son zamanlar Rusiyanın Kursk vilayətində hərbi fəallığını gücləndirib. Ehtimal edirəm ki, Ukraynanın Kurskda irəliləməsi Donald Trampla müəyyən diplomatik kanallar vasitəsilə razılaşdırılıb. Danışıqlar zamanı Ukraynanın Kurskdan çıxması müqavilində Rusiyanın Ukrayna ərazilərindən geri çəkilməsi məsələsi gündəmə gələ bilər. Rusiya isə Kursk məsələsinin rəsmi Kiyevin kozuru olduğunu bildiyi üçün bütün imkanlarıyla Ukraynanı ərazidən çıxarmağa çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail 100 min hərbçini səfərbər etdi
21:02 01.03.2026
Dünya
Tramp: İran ABŞ-ın zərbələrindən sonra danışıqlar təklif edib
20:45 01.03.2026
Dünya
Oman və İran XİN rəhbərləri regiondakı gərginliyi müzakirə etdi
20:27 01.03.2026
Dünya
Tramp: İranın 48 lideri öldürülüb
20:10 01.03.2026
Dünya
Ərağçi: İranda rejim dəyişikliyi qeyri-mümkündür
18:55 01.03.2026
Dünya
Mahmud Əhmədinejad öldürülüb - YENİLƏNİB
17:49 01.03.2026
Dünya
Rusiya səfirliyi Azərbaycana təşəkkür edib
17:33 01.03.2026
Cəmiyyət
İranı İsrailin Beyt-Şemeş şəhərinə ballistik raketlə zərbə endirib
17:16 01.03.2026
Dünya
Türkiyə və İran XİN rəhbərləri arasında telefon danışığı olub
17:00 01.03.2026
Region
Putin Xameneinin qətlini pislədi
16:08 01.03.2026
Dünya
İlham Əliyev Pezeşkiana Xameneinin ölümü ilə bağlı başsağlığı verib
15:49 01.03.2026
Rəsmi
CIA Xameneinin yerini aylarla izləyərək müəyyənləşdirib
15:32 01.03.2026
Gündəm
Pit Heqset: "ABŞ İranla münaqişəyə başlamayıb"
15:00 01.03.2026
Dünya
Lamin Yamal futbol tarixinə düşdü
14:44 01.03.2026
Futbol
Azərbaycan və İran XİN başçılarının telefon danışığı olub
14:35 01.03.2026
Siyasət