Yekun sülh nə vaxt və hansı şərtlərlə bağlana bilər? – ŞƏRH
Yusif Nəzərli
14:40 22.02.2022
Aktual
659
“Bütün Qarabağ ərazisi Azərbaycanın yurisdiksiyasına keçməyənə qədər Ermənistanla sülh müqaviləsinin imzalanması rəsmi Bakının maraqlarına cavab vermir”
Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Bu barədə Kremldən məlumat verilib. Məlumatda qeyd olunub ki,tərəflər Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar:"Onlar Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il,11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının,o cümlədən Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə tədbirlərin,eləcə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin mümkün qədər tez başlanmasına yönəlmiş addımların ardıcıl surətdə həyata keçirilməsinin vacibliyini vurğulayıblar”.Rusiya ilə Ermənistan arasında diplomatik münasibətlərin 30 illiyi ilə əlaqədar Putin Paşinyanı Rusiyaya rəsmi səfərə dəvət edib.
Ağ Partiya sədrinin müavini, siyasi şərhçi Əhəd Məmmədli N.Paşinyanın Rusiyaya gözlənilən səfərindən “sherg.az”a danşarkən bildirib ki, rəsmi Moskva Ermənistanla müttəfiq olsa da, onlar indi yaxın deyillər:
“Ermənistan İkinci Qarabağ savaşından sonra daha da zəiflədi .İndi Paşinyan hər vəchlə Qərbə inteqrasiya etməyə çalışır. Putinsə ona inanmır. Onların münasibətləri bir az da buna görə soyuqlaşıb. Rusiya və Ermənistan arasında diplomatik münasibətlərin otuz illiyinə görə Nikolun Rusiyaya dəvət olunması protolok qaydalara uyğun olaraq həyata keçirilən bir işdir”.
Siyasi şərhçi Paşinyanın Rusiya səfərinin Ermənistan-Azərbaycan münasibətlərinə göstərə biləcək mümkün təsirinə diqqət çəkib:
“Nikol sərhədin delimitasiyası prosesinin tezləşməsini, eləcə də, Azərbaycanla diplomatik münasibətlərin qurulmasını,yekun sülhün imzalanmasını istəyər. Amma bu, Azərbaycana sərf edirmi? Bütün Qarabağ ərazisi Azərbaycanın yurisdiksiyasına keçməyənə qədər Ermənistanla sülh müqaviləsinin imzalanması rəsmi Bakının maraqlarına cavab vermir. Yekun sülh Azərbaycanın Xankəndi və ətrafı, eləcə də, Laçın yolunu nəzarətə götürüb öz yurisdiksiyası orda bərpa etdikdən sonra bağlana bilər. Fikrimcə, Paşinyanın Rusiya səfərindən sonra da bununla bağlı rəsmi Bakının hazırkı mövqeyində hansısa dəyişiklik olmayacaq” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya