
Tramp Administrasiyasına Dilənçi Ermənistanı yemləmək yad davranış olacaq -ŞƏRH
09:50 07.11.2024
Dünya
587
Erməni politoloqlar Trampın qələbəsinin İrəvan üçün uğurlu olmayacağı qənaətindədirlər. Politoloq Suren Sərkisyan deyib ki, Tramp dönəmində Bayden dövründən fərqli olaraq ABŞ-la münasibətlərdə passivlik olacaq. Politoloq Stepan Daniyelyan isə Ermənistanın yenə yanlış seçim etdiyini deyib. O bildirib ki, Gürcüstan və Azərbaycan Trampa ümid edirdi, Mülki Müqavilə isə demokratlara güvənirdi. Həmişəki kimi Paşinyan yenə səhv yatırım etdi. Amerika xalqı dəyişiklik istəyir. Ermənistan xalqı isə təslim olub, artıq taleyini həll etmir. Politoloq Armen Ayvazyan isə Trampın seçkidən sonra ermənilərə verdiyi vədləri unudacağını söyləyib. Qeyd edib ki, Trampın qələbəsi beynəlxalq məsələlərdə ciddi nəticələrə gətirib çıxaracaq. Seçkidən bir neçə gün əvvəl o, bütün erməniləri Azərbaycandan qoruyacağını demişdi. Lakin seçkidən sonra o, böyük ehtimalla bunu unudacaq.
Politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, Donald Tramp bir biznesmendir və onun üçün əsas fəlsəfə mənfəətdir:

“Amerika Birləşmiş Ştatlarının mənfəəti olmadığı halda Donald Tramp ABŞ bürcəsindən əlavə vəsaitlər xərcləmək fikrində deyil. O, əksinə olaraq bir çox maliyyə yüklərindən qurtulmaq üçün birinci prezidentliyi dönəmində belə bir çox məhdudiyyətlərə getmişdi. Bu baxımdan Cənubi Qafqazda dilənçi Ermənistanı yemləmək Donald Tramp Administrasiyasına yad davranış olacaq. Digər tərəfdən Azərbaycan regionun ən varlı strateji və güclü ölkəsidir. Donald Tramp isə praqmatik siyasətçi olduğuna görə bunları bilməmiş deyil. Üstəlik Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da çox xoş münasibətləri var. Hesab edirəm ki, Ermənistanın belə narahatlıqlarının ciddi əsasları mövcuddur”.
Digər tərəfdən Donald Trampın erməniləri azərbaycanlılardan qoruyacaq məsələsinə gəldikdə isə Azərbaycan heç bir zaman hansısa ölkəyə təhlükə olmayıb:
“Azərbaycanın 30 il ərzində məruz qaldığı işğal tarixi var. Beynəlxalq təşkilatlar, qlobal güclər, ATƏT-in Minsk qrupu 30 il ərzində azərbaycanlıların belə məhrumiyyətlərə dözməsinə şərait yaratdı. Azərbaycan heç kimi öldürməklə hədələmir. Belə bir şey olmadığı təqdirdə erməniləri qorumağa da ehtiyac yoxdur. Əgər qorunacaq tərəf varsa, bu Azərbaycan deyil. Donald Tramp buyursun Ermənistanı Rusiyadan və İrandan qorusun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı