
Türk dövlətlər arasında inteqrasiya: isti münasibətlər - RƏY
08:32 09.11.2024
Gündəm
480
"Türk dövlətlər arasında münasibətlər istiləşməkdədir və inteqrasiya vacibdir. Xarici siyasətdə dayaq nöqtələri tapmaq olduqca önəmlidir. Əgər tariximizə baxsaq, görərik ki, türk xalqları arasında həmin dayaq nöqtəsinin tapılmasında böyük çətinliklər var idi".
Bunu Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Siyasi şərhçi bildirib ki, tarixən türk dövlətləri bir-birinə qarşı vuruşdurulub, vahid halda olmayıblar:

"Həmçinin, 2020-ci ilə, yəni 44 günlük müharibəyədək Azərbaycan-Ermənistan münasibətlərində hətta bəzi türk dövlətlərinin beynəlxalq təşkilatlardakı səsvermələrdən boyun qaçırdıqlarını görürdük. Hansısa məsələlərdə Azərbaycanla soyuq münasibətlərin şahidi olurduq. Bunları etiraf etmək lazımdır. Amma bugün tamamilə fərqli düşüncə, fərqli fəlsəfi-ideoloji baxışı görməkdəyik. Bu da nədən qaynaqlanır? 44 günlük müharibəyə kimi hansısa məsələlərdə çəkinən regional dövlətlər, türk ölkələri Azərbaycanın qələbəsindən sonra daha da hünərləndilər, cəsarətlindilər. Məhz bu məsələdə qabaqcıl, lider ölkə qismində çıxış edən dövlət, coğrafi cəhətdən digər ölkələrdən kiçik olmasına baxmayaraq, məhz Azərbaycan oldu. Nəhayət, bugün təkcə humanitar, mədəniyyət, təhsil, elm sahəsində inteqrasiyadan deyil, siyasi-hərbi sahələrdə, dövlətlərin təhlükəsizliyi məsələsində, qlobal təhdidlər məsələsində də mühüm addımlar atılmaqdadır".
Analitik vurğulayıb ki, bu addımların atılmasında gecikmək olmaz:
"Dünya dəyişir. Nə qədər ki, ətrafda müharibələr var, ayrı-ayrı ölkələrin başları öz milli təhlükəsizliklərinə, öz problemlərinə qarışıb, bu məqamdan istifadə etmək lazımdır. Ötən ildən eyham vurulmuşdu ki, məhz hərbi-texniki əməkdaşlıq, təhlükəsizlik orqanlarının əməkdaşlıq türk dövlətlərinin prioritet istiqamətləri olsun. Artıq bu yöndə ciddi addımlar atılmaqdadır. Rusiyanın, Çinin, Hindistanın, o cümlədən ABŞ-nin Mərkəzi Asiya ölkələri uğrunda mübarizəsi ortadadır. Cənubi Qafqaz uğrunda mübarizə daha da şiddətlənə bilər. Belə olan təqdirdə əgər türk dövlətləri arasında Şuşa Bəyannaməsinə bənzər pakt, memorandum imzalanarsa, bunun necə bir güc olacağını təsəvvür etmək çətin olmaz. Türk ölkələri və onların ordusu çox böyük potensial deməkdir. Azərbaycan və Türkiyə ordusu dünyanın qabaqcıl orduları sırasındadır. Digər ölkələrin də ordusu bizə yaxınlaşarsa, bu, artıq böyük bir qüvvə olacaq".
Oxşar xəbərlər
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
10:24 15.11.2026
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı