
Analitik: Verilən açıqlamalar müharibənin 2025-ci ildə bitəcəyini göstərir
10:10 20.12.2024
Dünya
452
Ukraynanın güclənməsi və cəbhədə hərbçilərə dəstək verilməsi müharibənin sonunu və bütün Avropa üçün ədalətli sülhü yaxınlaşdırır. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Çexiyanın Baş naziri Petr Fiala ilə görüşü ilə bağlı "X"də yazıb. Qeyd olunub ki, görüşdə Ukraynaya davamlı dəstək əsas müzakirə mövzusu olub. V.Zelenski bildirib ki, Ukrayna gələn ilin ikitərəfli münasibətlər üçün mümkün qədər məhsuldar olmasına ümid edir. O əlavə edib ki, bu gün biz strateji enerji obyektlərini qorumaq üçün hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə xüsusi diqqət yetirməklə, Ukraynanın cari müdafiə ehtiyaclarını müzakirə etdik. Qeyd edək ki, daha əvvəl ABŞ-də prezident seçkilərində qalib gəlmiş Donald Tramp müharibənin dayandırılmasında müəyyən irəliləyişin olduğunu bildirmişdi.
Siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a bildirib ki, Ukraynada vəziyyəy kifayət qədər gərgindir:

“Tərəflər arasında faktiki olaraq mübarizə gedir. Lakin hər iki tərəf yorulub və imkanları azalıb. Digər tərəfdən Amerika Birləşmiş Ştatlarındakı prezident seçkilərində Donald Trampın qalib gəlməsi Ukraynadakı müharibə üçün yeni reallıqlar vəd edir. Tramp andiçməsindən sonra Ukraynaya dəstəyi azaldacaq. Bununla da prespektivdə rəsmi Kiyevi Rusiyanın şərtləri ilə danışıqlar masasına oturmağa məcbur edə bilər. Beləliklə 2025-ci ildə Ukrayna-Rusiya müharibəsinin bitmə ehtimalı böyükdür. Həm Vaşinqton, Kiyev, həm də Moskvadan verilən açıqlamalar müharibənin 2025-ci ildə bitəcəyini göstərir. Zelenski isə mövcud vəziyyəti başa düşür və tezliklə Donald Trampın danışıqlara başlayacağını bilir. Ukrayna isə həmin vaxta qədər əli güclü vəziyyətdə oyun masasına oturmaq niyyətindədir. Belə olan halda Rusiya və ABŞ-nin maraqları tam şəkildə bərpa olunmaya bilər və Ukrayna müəyyən mənada prosesdən qazanclı çıxar. Bu baxımdan Ukraynaya ABŞ-nin dəstəyi azalacağı təqdirdə Zelenski çalışacaq ki, Avropa İttifaqı dövlətləri ilə əlaqələri inkişaf etdirsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm