Abituriyentlərə şad xəbər - Jurnal çıxdı

9 avqust tarixindən “Abituriyent” jurnalının 4-cü nömrəsi, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı kitabçalar, “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı satışda olacaq.

Bu barədə Sherg.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, nəşrləri DİM-in əsas inzibati binasından , “Abituriyent” satış məntəqəsindən, həmçinin kitab mağazalarından ala bilərlər.