
Ali təhsilin müddətinin azaldılması gündəmdədir -RƏY
Yusif Nəzərli
11:42 19.10.2025
Elm və Təhsil
609
3 illik model həm iqtisadi qənaət və həm də motivasiya deməkdir
Bu addım Elm və Təhsil Nazirliyinin islahat xəttinə uyğun, dünya təcrübəsinə əsaslanan rasional və müasir yanaşmadır
Təhsil ekspertləri ali təhsilin müddətinin azaldılmasını təklif edir. Təbii ki, tədrisin keyfiyyətinin artırılması zərurətini vurğulayaraq. Belə hesab edilir ki, ali təhsildə lazımsız proqramlar, hətta lazımsız ixtisaslar ləğv olunmalı, köhnə sovet düşüncəli "professor"lar təhsil sistemindən uzaqlaşdırılmalı və laboratoriyalar tam təchiz və təmin olunmalıdırlar. Mütəxəssislər hesab edir ki, məsələn, idarəetmə ixtisaslarında hüquq dərslərinin sayı çox azdır. Vergi hüququ, iş hüququ və s. proqramlar yoxdur. Bəzi mühəndislik ixtisasları əzbərçiliklə yola verilir. İllər əvvəl kimlərinsə vasitəsilə elmi dərəcə almış “alimciklər” təhsil sistemində fəaliyyətdədirlər. Öncəliklə bu problemlər aradan qaldırılmalı, sonra ali təhsil müddətinin azaldılması gündəmə gəlməlidir.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bu fikirdədir ki, ali təhsilin müddətinin azaldılması məsələsi sadəcə “zamanın qısaldılması” deyil, məzmuna, keyfiyyətə və əmək bazarının real tələblərinə uyğunlaşdırma məsələsidir:

- Araşdırmalarım göstərir ki, Avropada 28 ölkədən 19-da bakalavr təhsili 3 ildir. Yeni qaydalarda Almaniya, Niderland, İtaliya və Türkiyə kimi ölkələrdə “3+2” modeli (3 il bakalavr + 2 il magistr) Bolonya sisteminə tam uyğun hesab olunur. Bu model həm tələbələrin tez əmək bazarına daxil olmasına, həm də ixtisaslaşmış magistr proqramlarına yönəlməsinə şərait yaradır. Azərbaycanda hazırda bakalavr pilləsi 4 il, magistr pilləsi 2 ildir. Amma reallıqda çoxlu sayda tələbə bakalavr pilləsində artıq 3-cü ildən sonra ixtisas üzrə baza biliklərini tam formalaşdırır. Sonuncu il isə daha çox təkrar, qeyri-ixtisas fənləri və formallıqlarla keçir. Əslində, son kurs tamamilə mənasızdır. Əmək bazarına baxsaq, Dövlət Statistika Komitəsinin 2024-cü il hesabatına görə, bakalavr məzunlarının 57 faizi məzun olduqdan bir il ərzində ixtisası üzrə iş tapa bilmir. Bunun əsas səbəbi - tədris proqramlarının əmək bazarının tələblərindən gecikməsi və çox uzun tədris dövrləridir. Dünyada təhsil müddətinin qısaldılması keyfiyyətin azalması deyil, foksun artırılması deməkdir. Finlandiyada bakalavr təhsili 3 ildir, lakin proqramlarda praktik komponent 40 faizə yaxındır. ABŞ-də də “accelerated bachelor” proqramları geniş yayılıb – 3 illik intensiv model tələbə üçün həm iqtisadi, həm də motivasiya baxımından daha səmərəlidir.
K.Əsədov bildirdi ki, təhsilin müddəti ixtisaslara görə dəyişkən ola bilər:
- Tibb, mühəndislik və hüquq kimi sahələr istisnadır. Amma pedaqogika, sosial elmlər, iqtisadiyyat, tarix, filologiya, turizm, kənd təsərrüfatı kimi sahələrdə 3 illik model həm beynəlxalq uyğunluğu təmin edər, həm də tələbəyə vaxtında peşə fəaliyyətinə başlama imkanı verər. Tədris müddətinin 3 il olması, magistratura pilləsinin isə 1 ilə endirilməsi təhsil sistemini çevikləşdirəcək, universitetləri real nəticələrə fokuslayacaq, tələbə üçün isə həm zaman, həm də iqtisadi qənaət demək olacaq. Bu addım Elm və Təhsil Nazirliyinin islahat xəttinə uyğun, dünya təcrübəsinə əsaslanan rasional və müasir yanaşmadır. Məqsəd təhsilin müddətini azaltmaq deyil, dəyərini artırmaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya