Dövlət Agentliyi: Direktorların seçiminin yeni qaydalar əsasında aparılması məntiqlidir
06:07 30.10.2025
Elm və Təhsil
477
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin dördüncü ilində məktəb direktorlarının seçiminin yeni qaydalar əsasında aparılması məntiqlidir. Çünki yeni qaydalar sertifikatlaşdırmada (bir qrup müəllim ixtisasına münasibətdə isə MİQ və ya diaqnostik qiymətləndirmədə) yüksək bal toplamış şəxslər sırasından seçimi nəzərdə tutur. Namizədin digər keyfiyyətləri isə müsahibədə dəyərləndiriləcək.
APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
“Təhsil müəssisəsi elə bir qurumdur ki, burada menecerlik qabiliyyəti ilə yanaşı məktəbdə gedən iki prosesin - öyrətmə və öyrənmənin əsaslarını dərindən bilmək vacibdir. Məlumdur ki, tədris etdiyi fənn üzrə savadı, öyrətmək ustalığı, pedaqoji duyumu olan müəllimin məktəbdə xüsusi nüfuzu var. Məktəb direktorunun eyni keyfiyyətləri olmadıqda, nüfuzlu müəllim müəssisənin qeyri-formal liderinə çevrilir. Formal və qeyri-formal liderlərin düzgün əməkdaşlıq qurması, bir-birini tamamlaması isə, heyf ki, həmişə alınmır. Məktəb kollektivi üçün ən optimal hal qeyri-formal liderin formal lider təyin edilməsidir”, - Vəfa Yaqublu bildirib.
O qeyd edib ki, ötən onillikdə aparılmış bir tədqiqata əsasən, direktoru pedaqogikanı yaxşı bilən və bütün diqqətini daxili qaydaların bərqərar edilməsinə yönəldən məktəblərdə şagirdlər daha yaxşı öyrənir: "Əlbəttə şagird nailiyyətinə təsir edən digər dəyişənlər də vardır: müəllim səriştəsi, şagirdin ilkin hazırlıq səviyyəsi, bölgənin sosial-iqtisadi durumu, ailənin təhsil və mədəni statusu və s. Məktəb direktorunun idarəetmədə söykəndiyi prinsipləri də sadalanan dəyişənlərə əlavə etməliyik. Şagird nailiyyətləri yüksək olan məktəb rəhbərləri üçün daxili problemlərin həlli və pedaqoji təcrübənin inkişafı prioritet məsələdir. Tədqiqatçılar həmçinin müəyyən etmişdirlər ki, nisbətən zəif təhsil müəssisələrinin rəhbərləri xarici təlimatlara, maddi-texniki və maliyyə məsələlərinə daha çox diqqət yetirir. Məktəblərin “daxilə” meyillənməsi onlara mürəkkəb şəraitdə belə “qalib olmağa” kömək edir. Obrazlı desək, uğurlu məktəblər “introvertdirlər”: onlar üçün birinci yerdə məktəbin daxilində öyrənmə mühitinin qurulması durur”.
Vəfa Yaqublu onu da qeyd edib ki, özü yaxşı müəllim olmuş direktor həmkarlarına vaxtında və faydalı tövsiyə verə bilir, verdiyi tövsiyələr də konkret olur: "Sadəcə, “yaxşı işlə” və ya “yaxşı öyrət” tapşırığı gənc (və ya səriştəsiz) müəllimə çox şey vermir. Amma dərsdinləmə zamanı gördüyü boşluqları düzgün şərh edən direktor müəllim üçün, müəllimin vasitəsilə isə şagird üçün böyük dəstəkdir. Məsələn, “X şagird üçün sözlü təlimat kifayət etmədi: təlimatı təkrar etsəniz də o, sizi anlamadı, növbəti dəfə tapşırığın bir hissəsini onunla birlikdə işləyin”, “Göz təması qurarkən, bütün sinfə baxmağa çalışın, siz yalnız sinfin sağ tərəfində oturanlara baxırsınız”, “Y şagirdin kiçik motorikasını inkişaf etdirmək üçün ona əlavə tapşırıqlar verin”, “Xronologiyadan danışarkən lövhədə zaman oxu çəkin: belədə şagirdlər sizi daha yaxşı anlayacaqlar” və s. Daim öyrənmək və öyrətmək missiyasını rəhbər tutan direktorun ətrafında güclü komandanın yığılması labüddür. Belə liderlər şəxslərə deyil, proseslərə fokuslanmağı, həm müəllimi, həm də şagirdi daim inkişafda olan, irəliləyən insan kimi qəbul etməyi bacarırlar. Hesab edirik ki, yaxşı müəllimlərin karyera inkişafı onları motivasiya etməklə yanaşı, gənc müəllimlərə də örnək olur. Səriştəli müəllimlərimizi müsabiqəyə qoşulmağa dəvət edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya