
Ekspert: Dərs prosesində mobil telefonlardan istifadəsi yolverilməzdir
13:15 28.08.2025
Elm və Təhsil
555
Şagirdlər özləri tərəfindən həyata keçirilməli olan hesablama və məntiqi əməliyyatları etmirlər
Süni intellektdən və ya internet üzərindən hazır cavabların əldə edilməsi nəticəsində analitik düşünmə, hesablama qabiliyyəti və məntiqi təfəkkürün inkişafı ləngiyir
Cənubi Koreya Parlamenti 2026-cı ilin mart ayından etibarən tələbələrin sinif otaqlarında mobil telefon və rəqəmsal cihazlardan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
APA xəbər verir ki, bu addım gənclər arasında sosial media asılılığı ilə bağlı artan narahatlıqlar fonunda baş verib.
Ümummilli araşdırmalara görə, orta və lisey şagirdlərinin 37 faizi sosial medianın gündəlik həyatlarına təsir etdiyini, 22 faizi isə hesablarına daxil ola bilməyəndə narahatlıq keçirdiklərini deyir.
ABŞ-da yerləşən “Pew” araşdırma mərkəzinin məlumatına görə, Cənubi Koreya 99 faiz internetə nüfuzetmə dərəcəsi və 98 faiz smartfon sahibliyi ilə dünyanın ən rəqəmsal cəmiyyətlərindən biridir.
Ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli isə “Sherg.az”a bildirib ki, təkcə Cənubi Koreyada deyil, dünyanın bir çox inkişaf etmiş ölkələrində mobil telefonların məktəblərdə, xüsusən də sinif otaqlarında istifadəsi birmənalı şəkildə qadağan edilib:

“Azərbaycanda da bu məsələlər gündəmdədir. Mənim fikrimcə, mobil telefonların və digər elektron cihazların dərs prosesində şagirdlər tərəfindən istifadəsi yolverilməzdir. Belə ki, bu hal diqqətin yayınmasına, dərsə marağın və diqqət səviyyəsinin azalmasına səbəb olur. Şagirdlər özləri tərəfindən həyata keçirilməli olan hesablama və məntiqi əməliyyatları etmirlər. Süni intellektdən və ya internet üzərindən hazır cavabların əldə edilməsi nəticəsində analitik düşünmə, hesablama qabiliyyəti və məntiqi təfəkkürün inkişafı ləngiyir. Bu baxımdan belə bir qadağanın tətbiqi əslində mənfi deyil, müsbət nəticələr verə bilər. Onsuz da şagirdlər dərsdən kənar vaxtlarda mobil cihazlardan və telefonlardan sərbəst şəkildə istifadə etmək imkanına malikdirlər. Buna görə də dərs zamanı sinif otaqlarında şagirdlərin mobil telefonlardan və elektron cihazlardan istifadə etməsi yolverilməz hesab olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm