Əsl müəllim təkcə dərs keçən insan deyil... - RƏY
Yusif Nəzərli
05:53 21.02.2025
Elm və Təhsil
674
O, şagirdlərin qəlbində iz qoyan, onların həyatını dəyişən bir şəxsiyyətdir
“5C sinif şagirdlərinin müəllimlərinə sahib çıxması, onun işinə bərpa olunmasını tələb etməsi sadəcə bir etiraz deyil – bu, müəllimin dəyərinin cəmiyyət üçün nə qədər vacib olduğunu göstərən böyük bir mesajdır”
İndiki zamanda şagirdlərin müəllim sevgisinə rast gəlmək nadir hadisə sayılmalıdır. Gəncə şəhərində məhz belə bir hadisə yaşanmaqdadır. Gəncə şəhər S.Vəliyev adına 34 saylı tam orta məktəbin 5C sinfinin şagirdləri ingilis dili müəllimi Cavid Rzayevin işdən çıxarılmasına etiraz olaraq dərslərə girməkdən imtina ediblər. Şagirdlər məktəb həyətinə toplaşaraq müəllimlərinin geri qaytarılmasını tələb edirlər.
Hadisənin kökündə isə C.Rzayevin, deyilənə görə, şagirdlərdən birinə xəsarət yetirməsi dayanır. Məlumata görə, C.Rzayev şagirdin qolunu burub, biləyini sındırıb. Şagirdlərsə bidirir ki, həmin şagird özü əlini bir neçə dəfə divara vurub, nəticədə biləyindən xəsarət alıb. O da deyilir ki, həmin şagird məktəbdə dalaşqan, müəllimlərə qarşı saymazyana davranan birisidir. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məsələni araşdırdıqdan sonra məktəbin ingilis dili müəllimi Cavid Rzayevin əmək müqaviləsinə xitam verilib. Şagirdləri isə sinif rəhbərlərini müdafiə edir və onun məktəbə qaytarılmasını tələb edirlər. Bu hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə yol açıb.
"Sosial Dövlət Naminə" İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri, jurnalist Hamlet Abbasov qeyd edib ki, müəllimə qarşı bu cür rəftar yolverilməzdir:
- Bizim dövrümüzdə müəllim dərs üstündə bizi döyürdü, çünki bizim üçün edirdi ki, dərsimizi oxuyaq. Mən özüm də valideynəm, övladım orta məktəbdə təhsil alır. Heç vaxt uşağa görə müəllimin üzərinə getməmişəm, getmərəm də. Dəfələrlə məqalələrimdə yazmışam ki, övladıma dərs deyən müəllimin əllərindən öpürəm. Biz bir valideyn olaraq müəllimin üzərinə gedəcəyiksə, müəllimə qarşı çıxacağıqsa, özümüzə övlad yox, qatil yetişdirəcəyik. Qızım bir dəfə mənə dedi ki, müəllim onu vurub. Dedim, onun əlinə qurban olum, demək, səs salmısan, ya da dərsi pozmusan, gərək birini də vurardı. Necə lazımdır öz övladımı danladım. Məni dərs üstündə vuran müəllimlərimə bu gün də borcluyam. Bəzən də valideynlər müəllimlərin üzərinə çox gedir. Nə qədər müəllimlərin üzərinə gediləcəksə, onda övladlarımız təhsildən yayınacaq. Evdə övladına tərbiyə verə bilməyən valideynin və övladının şər böhtanı ilə müəllimin işdən çıxarılması təhsilimizə böyük bir zərbə oldu. Təəssüf hissi keçirirəm ki, müəllimin günahı olmadan işdən çıxarıblar. Haqqı deyən şagirdlərə uğurlar arzulayıram. Müəllimi şərləyən valideynlər gələcəkdə həmin övladlarından böyük zərbə alacaq.
Təhsil eksperti Kamran Əsədov paylaşdığı statusda bunları yazıb:
- Gəncədə baş verən hadisə bir daha sübut etdi: əsl müəllim təkcə dərs keçən insan deyil, o, şagirdlərin qəlbində iz qoyan, onların həyatını dəyişən bir şəxsiyyətdir. 5C sinif şagirdlərinin müəllimlərinə sahib çıxması, onun işinə bərpa olunmasını tələb etməsi sadəcə bir etiraz deyil – bu, müəllimin dəyərinin cəmiyyət üçün nə qədər vacib olduğunu göstərən böyük bir mesajdır. Müəllim olmaq asan deyil. Hər gün onlar yüzlərlə uşaqla ünsiyyətdə olurlar, bilik ötürür, qayğı göstərir, həyat dərsləri verirlər. Bəzən bir ailənin edə bilmədiyini, bir müəllim edir. Bir sinfi bir ailəyə çevirir, uşaqları qoruyur, öyrədir, onların gələcəyi üçün çalışır. Bu gün Cavid Rzayevin şagirdləri onun arxasında dayanıbsa, deməli, o, sadəcə bir ingilis dili müəllimi deyil, o, bu uşaqlar üçün nümunə, rəhbər və böyük bir insan olub. Bəs biz nə edirik? Müəllimlərin hüquqlarını qoruyuruqmu? Onların dəyərini bilirikmi? Niyə müəllimlərin nüfuzu hər keçən gün aşağı salınır? Niyə bir müəllimin səyi, sevgisi, fədakarlığı bir hadisə ilə kölgəyə salınır? Müəllim yalnız cəza mexanizmi ilə deyil, onun verdiyi töhfələrlə də qiymətləndirilməlidir! Bu gün biz müəllimlərə sahib çıxmasaq, sabah bizim övladlarımızın müəllimi olmayacaq. Bu gün şagirdlər müəllimlərinə sahib çıxırsa, biz də bunu etməliyik. Müəllimi qorumalıyıq! Ona arxa olmalıyıq! Biz müəllimlərimizi itirsək, gələcəyimizi itirərik. Müəllim yalnız sinifdə deyil, cəmiyyətdə də dayaqlıdır. Bu dayaqları qorumaq hamımızın borcudur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya