Fransa litseylərində mobil telefonlar qadağan edilə bilər

Fransa Prezidenti Emmanuel Makron gələcək tədris ilindən etibarən litseylərdə şagirdlər üçün mobil telefonların qadağan olunmasını planlaşdırır.

Sherg.az xəbər verir ki, Makron, mövcud qanuna görə orta məktəblərdə artıq telefonların qadağan olunduğunu xatırladıb və bu qaydanı litseylərə də genişləndirməyi istədiyini bildirib. Təklif olunan tədbirlərdən biri, sosial media platformalarına giriş yaşının 15 olmasıdır.

Prezident həmçinin xarici qüvvələr tərəfindən aparılan informasiya savaşına qarşı hazırlıqlı olmaq və sosial mediada kiber zorakılıqla mübarizəni gücləndirmək niyyətindədir.