Gürcüstanda azərbaycanlı şagirdlərə ermənicə üzlü dəftər paylandı
Yusif Nəzərli
21:54 14.09.2025
Elm və Təhsil
562
Gürcüstanda 7-ci sinif “Tarix” dərsliyi üçün hazırlanmış “Şagirdin dəftəri”nin üz qabığı erməni dilində, iç səhifələri isə Azərbaycan dilində çap olunub.
Sherg.az xəbər verir ki, bu barədə iqtisadiyyat üzrə fəlsəfə doktoru, “Maarif” təşkilatının direktoru Aygül İsayeva sosial şəbəkə hesabında məlumat paylaşıb.
O qeyd edib ki, sözügedən dəftər Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblər üçündür və Gürcüstanda nəşr edilib:
"Gürcüstanın Təhsil Nazirliyi yeni dərs ilinin başlanması münasibətilə müəllimləri və şagirdləri belə sevindirir.
7-ci sinif “Tarix” dərsliyi üçün hazırlanmış “Şagirdin dəftəri”nin üz qabığı erməni dilində, iç səhifələri isə Azərbaycan dilindədir.
Görəsən, bu qədər kitabı kütləvi tirajla buraxmazdan öncə, siqnal varianta gözucu da olsa baxmaq kiminsə, nə vaxtsa ağlına gələcəkmi?", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm