
Müəllim dedikdə yalnız diplomunda “pedaqoq” yazılmış şəxs nəzərdə tutulmur - EKSPERT
14:29 13.08.2025
Elm və Təhsil
427
Təcrübədə bəzən məktəblərdə müəllimlərin şagirdləri ələ saldığı, hətta fiziki təzyiq göstərdiyi hallar müşahidə olunur
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib. Bu barədə BŞTİ-dən məlumat verilib.
Belə ki, 2022-ci və 2023-cü illərdə keçirilən müsabiqələrin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün olmayan namizədlər, eyni zamanda 2023-cü ildə test imtahanında keçid balını (29 və daha çox) toplayan və müsahibəyə qatılmayan şəxslər yenidən təşkil olunmuş müsahibədə iştirak ediblər.
Qeyd edək ki, müsahibə mərhələsində namizədlərin psixoloji və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılıb.
Müsahibənin nəticələri barədə namizədlərə məlumat veriləcək.
Nəticələrlə bağlı müraciətlərə baxılması məqsədilə xüsusi komissiya yaradılacaq.

Təhsil eksperti Elçin Murad “Sherg.az”a bildirdi ki, müsahibə mərhələsində müəllimin elmi biliklərinin yoxlanılmasından daha çox, onun dünyagörüşünün və şagirdlərlə davranış bacarığının qiymətləndirilməsi vacibdir:
“Hazırda müsahibə mərhələsində əsasən metodika və psixoloji kurikulumdan testlər təqdim olunur. Metodika bölməsində uşaqların davranışı ilə bağlı suallar verilsə də, bunlar yalnız testologiyada mövcud olan məlumatlarla məhdudlaşır və real vəziyyəti tam əhatə etmir. Halbuki, müəllimlər daim fərqli psixologiyaya və düşüncə tərzinə malik şagirdlərlə qarşılaşırlar. Bu səbəbdən müsahibə mərhələsində müxtəlif tip və xarakterli şagirdlərin nəzərə alınması, müəllimdən həmin tip şagirdlərlə davranış qaydaları barədə izahat alınması zəruridir. Məsələn, əgər sinifdə dəcəl, pis vərdişlərə (siqaret çəkmək, oğurluq, narkotik maddələrdən istifadə və s.) yiyələnmiş bir şagird varsa, müəllimin onunla necə davranacağı öyrənilməlidir. Bundan sonra müəllimin dünyagörüşü qiymətləndirilməlidir. Lakin dünyagörüş dedikdə sadəcə məlumat bazası yox, müəllimin fərqli mövzular üzrə verilən suallara reaksiyası nəzərdə tutulur. Çünki bəzən şagird müəllimin ixtisas sahəsindən kənar sual verir və aldığı cavab əsasında müəllimə qarşı müsbət və ya mənfi rəy formalaşdırır. Bu səbəbdən belə suallar da müsahibə mərhələsində yer almalıdır. Müəllimdə mövcud olmalı əsas keyfiyyətlərdən biri sinfi idarəetmə bacarığıdır. Müəllim sinifdə özünü hegemon kimi təqdim etmədən, lakin idarəedici mövqeyini hiss etdirərək, təlim-tərbiyə prosesini düzgün istiqamətləndirməlidir. O, şagirdlərin fikirlərinə müəyyən dərəcədə hörmətlə yanaşmalı, eyni zamanda, nizam-intizamı təmin etməlidir. Bütün bu meyarlara cavab verən müəllim şagird qarşısına çıxmağa namizəddir. Təcrübədə bəzən məktəblərdə müəllimlərin şagirdləri ələ saldığı, hətta fiziki təzyiq göstərdiyi hallar müşahidə olunur. Bu hallar çox vaxt şagirdin tərbiyəsizliyindən deyil, müəllimin şagirdlə münasibətini düzgün qura bilməməsindən irəli gəlir. Müəllim dedikdə yalnız diplomunda “pedaqoq” yazılmış şəxs yox, hər şagirdə fərdi yanaşa bilən, lazım gəldikdə sərt mövqe nümayiş etdirən, amma eyni zamanda düzgün davranış modeli qura bilən şəxs nəzərdə tutulmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm