Peşə təhsili müəssisələrinə tələbə qəbulu tamamlandı
11:20 18.09.2025
Elm və Təhsil
549
22 iyul-13 sentyabr tarixlərini əhatə edən 2025-2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 27021 nəfərin qəbul olunması ilə başa çatıb.
Bu barədə Teleqraf-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, qəbul olunan tələbələrin 84%-i dövlət sifarişi əsasında, 16%-i isə ödənişli əsaslarla təhsil almağa başlayıb.
2025-2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə aparılıb. Bu il peşə təhsili müəssisələrinə qəbul olanların 39%-ni qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaş 13, ən yüksək yaş isə 78 olub. Dual peşə təhsili proqramı üzrə 1777 nəfər, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə 2590 nəfər qəbul olunub. Həmçinin, 65 nəfər ali təhsilli, 298 nəfər orta ixtisas təhsilli şəxs, 84 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub.
25-2026-cı tədris ilində 10 yeni ixtisasın tədrisinə start verilib. . Hazırlıq işləri çərçivəsində texniki və yüksək texniki peşə təhsili səviyyələrində təhsil proqramlarında yeniliklər və müvafiq dəyişikliklər tətbiq olunub. Həmçinin cari tədris ili üçün tələbələrin bilik səviyyəsinin artırılmasına dəstək məqsədilə 72 adda dərslik çap olunub. Buraya müəlliflərimiz tərəfindən hazırlanmış, eyni zamanda xarici dildən azərbaycan dilinə tərcümə edilmiş dərsliklər daxildir.
Əmək bazarının tələblərinə uyğun olaraq, tələbələr arasında ən çox seçilən aşpazlıq, mühasibat uçotu, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, əməliyyatçı-mühasib, bərbər-vizajist-manikürçü, qrafik dizayn, avtomobil üzrə elektrik, veb dizayn və proqram təminatı, kompüterlərin təmiri və xidməti üzrə texnik, eləcə də veb dizayner və proqram təminatçısı ixtisasları olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə