
“Şagird də öz vəzifələrini bilməlidir”
Yusif Nəzərli
16:41 05.11.2025
Elm və Təhsil
297
“Müəllim vəzifəsini normal yerinə yetirmirsə, məsuliyyət daşıyır”
“Şagird isə qaydalara əməl etmədikdə heç bir hal baş vermir. Sadəcə müəllimləri günahlandırırıq”
“Bəzən məktəblinin öhdəsindən heç valideyni belə gələ bilmir. Bəs, müəllim necə bacarsın?!”
Bakıda daha bir məktəb qalmaqalı yaşanıb.Zəngilan rayonu 35 saylı məktəbin musiqi müəllimi 8-ci sinif şagirdini döyüb. Məktəbin musiqi müəllimi Məshəti Hüseynova şagirdə şiddət göstərib. Təəssüf ki, bu tip "tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Əgər müəllimin sözündən çıxan məktəbli varsa, "ustad şapalağı"nın dadını öyrənir.

Hadisəni "Sherg.az"a dəyərləndirən təhsil üzrə ekspert Elşən Ramizoğlunun qənaətincə, müəllimin şagirdi döymək ixtiyarı yoxdur.
"Dəfələrlə bu cür görüntüləri görmüşük. Sonda müəllim töhmət alır, yaxud işdən çıxarılır. Döyməklə tərbiyə vermək olmur, razıyam.
Bizdə formal söylənilən fikirlər var: müəllim şagirdin psixologiyasını bilməlidir və s. Bəzən həqiqətən şagirdi ələ almaq qeyri-mümkün olur. Təkcə müəllim şagirdin öhdəsindən gələ bilməz. Bəzən məktəblinin öhdəsindən heç valideyni belə gələ bilmir. Bəs, müəllim necə bacarsın?! Müəllimin səlahiyyəti qalmayıb.
Videoya baxanda görünür ki, şagirdi döyəndə digər yoldaşları ona baxıb gülür. Məktəbdə pedaqoji prosesin tamlığı pozulub. Demək, rəhbərlik yerində deyil. Kurikulum yarandıqdan sonra şagirdlərə müstəqillik verildiyini söyləsək də, hər bir halda məktəbli nədənsə çəkinməlidir".
Ekspertin sözlərinə görə, sosial şəbəkələrdə videoların yayılması müəllim nüfuzunu aşağı salır:
"Misal üçün, böyüklər maska taxmırdılar. Cəza, cərimə tətbiqi təsdiqlənən kimi maska taxmağa başladılar. Bir çoxları sağlamlığına görə yox, cərimə yazılmasın deyə, maska taxırdı. Bu gün də şagird öz vəzifələrini bilməlidir. Müəllim vəzifəsini normal yerinə yetirmirsə, məsuliyyət daşıyır. Şagird isə qaydalara əməl etmədikdə heç bir hal baş vermir. Sadəcə müəllimləri günahlandırırıq.
Bir neçə valideyn əlində telefon gəlib deyir ki, "mən deyən olmasa, videoya çəkəcəm". Müəllim də istər-istəməz çəkinib razılaşacaq. Bununla bağlı qanunvericilikdə dəyişiklik edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya
NATO ölkələri vahid müdafiə istehsalı sistemi yaradır
10:11 13.10.2026
Dünya